İstilik, qaz təchizatı və ventilyasiya üzrə mühəndis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Qartal Construction Company İstilik, qaz təchizatı və ventilyasiya üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Nahar yeməyi və telefon rabitəsi firmanın vəsaiti hesabına təmin edilir.

Vəzifə: İstilik, qaz təchizatı və ventilyasiya üzrə mühəndis
İşəgötürən: Qartal Tikinti Firması
Əmək haqqı: razılaşma əsasında

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil və diploma malik olmalı. İstilik, qaz təchizatı və ventilyasiya üzrə mühəndis diplomunu CV-nə əlavə etməlidir;
  • Minimum 3-5 il uyğun vəzifə üzrə iş təcrübəsi olmalı;

İş haqqında məlumat:

  • Avadanlıqların (yük hesabatlarının) soyutma – isitmə güclərinin, hava miqdarının və diğər texniki parametrlərinin hesablanaraq seçilməsi;
  • Layihənin icrası, sahə araşdırmaları, ticarətin əlaqələndirilməsi, planlaşdırma, sənədlərin idarəedilməsi və problemlərin həll olunması işlərində iştirak edilməsi;
  • Texniki hesabatların, aktların və Layihə-smeta sənədlərinin hazırlanması;
  • Layihələrin qiymətləndirilməsi, təkliflərin yazılması və müştərilərlə qarşılıqlı əlaqələrin yaradılmasında iştirak edilməsi;
  • Son modelləşdirmə proqramlarından istifadə edərək, HVAC sistemlərinin kompyuterdə modelləşdirilməsi arzuolunandır;
  • Layihələr üzrə işlərin gedişinin koordinasiya edilməsi, sahədə işin keyfiyyətlə yerinə yetirilməsinə, tələb olunan çertyoj və sxemlərin düzgün işlənilməsinə nəzarət edilməsi;
  • İşlərin yüksək HSSE tələbləri ilə yerinə yetirilməsinə nəzarət edilməsi.

İşçi üçün şərait:

  • Namizəd iddia etdiyi minimum əmək haqqını CV-də bildirməlidir;
  • Nahar yeməyi və telefon rabitəsi firmanın vəsaiti hesabına təmin edilir;
  • Ehtiyac yaranarsa ona özünün idarə etməsi şərti ilə xidməti avtomobil təhkim edilir;
  • İş günləri 6 günlük iş həftəsi, saat 09:00-18:00 təyin edilir.

Namizədlərin CV-lərini info@qartal.az e-mail adresinə, mövzu hissəsində İstilik, qaz təchizatı və ventilyasiya üzrə mühəndis yazmaqla göndərmələri xahiş olunur.

Qartal Tikinti Firmasının ünvanı: Koroğlu prospekti 278, 48-ci məhəllə, Sumqayıt, AZ-5011
Mobil nömrə: +994 50 235 48 67 (Tural Məmmədov)

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı