Qısa məzmun
Qartal Construction Company İstilik, qaz təchizatı və ventilyasiya üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Nahar yeməyi və telefon rabitəsi firmanın vəsaiti hesabına təmin edilir.
Vəzifə: İstilik, qaz təchizatı və ventilyasiya üzrə mühəndis
İşəgötürən: Qartal Tikinti Firması
Əmək haqqı: razılaşma əsasında
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil və diploma malik olmalı. İstilik, qaz təchizatı və ventilyasiya üzrə mühəndis diplomunu CV-nə əlavə etməlidir;
- Minimum 3-5 il uyğun vəzifə üzrə iş təcrübəsi olmalı;
İş haqqında məlumat:
- Avadanlıqların (yük hesabatlarının) soyutma – isitmə güclərinin, hava miqdarının və diğər texniki parametrlərinin hesablanaraq seçilməsi;
- Layihənin icrası, sahə araşdırmaları, ticarətin əlaqələndirilməsi, planlaşdırma, sənədlərin idarəedilməsi və problemlərin həll olunması işlərində iştirak edilməsi;
- Texniki hesabatların, aktların və Layihə-smeta sənədlərinin hazırlanması;
- Layihələrin qiymətləndirilməsi, təkliflərin yazılması və müştərilərlə qarşılıqlı əlaqələrin yaradılmasında iştirak edilməsi;
- Son modelləşdirmə proqramlarından istifadə edərək, HVAC sistemlərinin kompyuterdə modelləşdirilməsi arzuolunandır;
- Layihələr üzrə işlərin gedişinin koordinasiya edilməsi, sahədə işin keyfiyyətlə yerinə yetirilməsinə, tələb olunan çertyoj və sxemlərin düzgün işlənilməsinə nəzarət edilməsi;
- İşlərin yüksək HSSE tələbləri ilə yerinə yetirilməsinə nəzarət edilməsi.
İşçi üçün şərait:
- Namizəd iddia etdiyi minimum əmək haqqını CV-də bildirməlidir;
- Nahar yeməyi və telefon rabitəsi firmanın vəsaiti hesabına təmin edilir;
- Ehtiyac yaranarsa ona özünün idarə etməsi şərti ilə xidməti avtomobil təhkim edilir;
- İş günləri 6 günlük iş həftəsi, saat 09:00-18:00 təyin edilir.
Namizədlərin CV-lərini info@qartal.az e-mail adresinə, mövzu hissəsində İstilik, qaz təchizatı və ventilyasiya üzrə mühəndis yazmaqla göndərmələri xahiş olunur.
Qartal Tikinti Firmasının ünvanı: Koroğlu prospekti 278, 48-ci məhəllə, Sumqayıt, AZ-5011
Mobil nömrə: +994 50 235 48 67 (Tural Məmmədov)
Oxşar vakansiya siyahısı:
Camal LTD şirkəti Qida sahəsi üzrə mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Camal LTD şirkəti Qida sahəsi üzrə mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
"Aznet Technologies” QSC Telekommunikasiya şirkətinə Layihəçi mühəndis tələb olunur. ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis ( Hacıqabul) vəzifəsi üzrə vakansiya elan edir ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis – Şəmkir vəzifəsi üzrə vakansiya elan edir ...