Vəkil
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

MG Consulting Vəkil vəzifəsi üzrə vakansiya elan edir. Fiziki və hüquqi şəxslərlə işləmək bacarığı olmalıdır.

İş barədə məlumat:

  • Onlayn şəkildə daxil olmuş şikayətlərin/müraciətlərin təhlili və müraciət edənlərə müvafiq cavabların yazılması
  • Yerli qanunvericiliklə bağlı müraciət edənlərə onlayn qaydada məsləhətlərin verilməsi
  • Müraciətlər üzrə müxtəlif hüquqi sənədlərin (ərizə, şikayət, təklif və s.) hazırlanması və aidiyyatı dövlət orqanlarına göndərilməsi
  • Zərurət olduğu zaman müraciət edənlərin müvafiq dövlət orqanlarında və məhkəmələrdə təmsil edilməsi
  • Rəhbərlik tərəfindən verilmiş digər tapşırıqların icrası
  • İş qrafiki 1-5 günləri, saat 09:00-dan 18:00-dək

Namizədə tələblər:

  • Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmaq
  • Vəkil kimi ən az 3 il təcrübənin olması
  • Dil bilikləri: Azərbaycan dili (Rus dili arzu olunandır)
  • Fiziki və hüquqi şəxslərlə işləmək bacarığı
  • Dövlət orqanları ilə işləmək bacarığı
  • Sosial şəbəkələrlə işləmək bacarığı
  • Ünsiyyət qurmaq və komandada işləmək bacarığı
  • Standart Microsoft Office proqramlarında qabaqcıl kompüter bacarıqları (Word, Excel, və s.)

Müraciət Qaydası
Əvvəlki təcrübə haqqında ətraflı məlumat əks etdirən CV 12 aprel 2021-ci il tarixinədək office@mgc.az email-nə göndərilməlidir (mövzu yerində “Vəkil” yazılmaqla). Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı