Vəkil (distant)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Massi MMC Vəkil vəzifəsi üzrə vakansiya elan edir. Əmək haqqı müsahibə zamanı əməkdaşın bilik və savad səviyyəsinə uyğun təyin olunacaq.

Əsas vəzifə öhdəlikləri:

  • Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması, rəylərin verilməsi
  • Şirkətin hüquqi maraqlarının məhkəmələrdə, hökümət orqanlarında və özəl idarələrdə müdafiəsi, həmçinin məhkəmə işlərinin və məhkəmə qərarlarının icrası proseslərinin aparılması
  • Məhkəmədə irəli sürülən iddialarla bağlı qərarların icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi
  • Xarici hüquqi şəxslərlə bağlanılan müqavilələrin və eləcə də digər müqavilələrin hüquqi ekspertizasının aparılması və hüquqi rəyin tərtib edilməsi
  • Daxili korporativ aktların, əmr, təlimat, qayda və prosedurların, əsasnamələrin hazırlanmasında iştirak, onların hüquqi ekspertizası

İş qrafiki:

  • Sərbəst iş qrafiki
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən olunur.
  • Əlverişli iş mühitində çalışmaq imkanı
  • Karyera və inkişaf perspektivləri

Namizədə tələblər:

  • Hüquq sahəsində ali təhsil
  • Müvafiq sahədə minimum 5 il iş təcrübəsi
  • Lizinq sahəsində təcrübəsi olanlara üstünlük veriləcək
  • Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-ni mövzu hissəsində “Distant Vəkil ” qeyd etməklə hrmassi2@gmail.com e-mail ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı