Veb Fotoqraf
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Sinteks Group of Companies Veb Fotoqraf vəzifəsi üzrə vakansiya elan edir. Foto şəkilləri düzgün çeşidləməlidir.

1996-cı ildə Bakı şəhərində əsası qoyulan Sinteks MMC bu gün Qafqaz və Mərkəzi Asiyada ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir.

SİNTEKS tanınmış beynəlxalq moda evlərindən tutmuş yeni yaranmış markalara kimi, dünyanın aparıcı moda brendlərini təmsil edir.

Şirkət dəb, zərgərlik və qida sahələrində 80-dən artıq mağazanı idarə edir.

Sinteks Şirkətlər qrupuna hal hazırda Veb Fotoqraf tələb olunur.

İşin rolu:

Bu rol fotosessiyaların keçirilməsinə və məhsulların keyfiyyətli foto şəkillərinin təqdim edilməsindən ibarətdir.

Vəzifə öhdəlikləri:

  • Fotosessiyalar üçün lazımi avadanlıqları quraşdırmaq
  • Məhsulların fotossesiyasını aparmaq
  • Fotosessiyaları markaların və beynəlxalq standartların prinsiplərinə uyğun olaraq aparmaq
  • Hazır şəkilləri düzgün formatda təqdim etmək
  • Məhsulların barkodlarını skan etmək
  • Foto şəkilləri düzgün çeşidləmək
  • Peşəkar avadanlıqları monitorinq etmək, nasazlıqlar və mövcud risklər barədə rəhbərliyi məlumatlandırmaq

Əsas tələblər:

Təhsil:

  • Müvafiq sertifikatlar arzuolunandır

Təcrübə:

  • Fotosessiya layihələrində və ya digər əlaqəli sahədə ən az 2 il təcrübə
  • Pərakəndə sektorunda müvafiq təcrübə arzuolunandır
  • Fotosessiyalarda modellərin görünüşünü yaratmaq
  • Foto studiya avadanlığı ilə işləmə təcrübəsi

Professional Biliklər:

  • Azərbaycan dilini mükəmməl bilmək, Rus dili arzuolunandır
  • Microsoft Office proqramlarını yaxşı səviyyədə bilmək
  • Fotossesiya prossesi barədə mükəmməl biliklər
  • Dünya brendləri və moda haqqında məlumat
  • Photoshop və Adobe Creative Suite bilikləri

Professional Bacarıq və Kompetensiyalar:

  • Təşəbbüskarlıq
  • Təzyiq altında işləmək
  • Nəticə yönümlülük
  • Yaradıcılıq
  • Zamanın idarəolunması

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruitment@sinteks.com e-mailına, mövzu hissəsində “Veb Fotoqraf” qeyd edib göndərilməsi xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Qrafik Dizayner

CMT Group MMC Qrafik Dizayner üzrə vakansiya elan edir. ...

CMT Group MMC

14.05.2024 - Bakı