Veb dizayner və sosial media meneceri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

MR. Fix construction chemicals Veb dizayner və sosial media meneceri vəzifəsi üzrə vakansiya elan edir.

Mr.fix haqqında qısa məlumat

“Kartaş LTD” MMC 2003-cü ildə Azərbaycanda təsis edilmiş və Mr. Fix adı altında tikinti materiallarının istehsalına başlamışdır. İstehsal və məhsul texnologiyasına verdiyimiz əhəmiyyət markamızı qısa müddət ərzində ölkənin ən mühüm tikinti kimyəviləri istehsalçısına çevirmişdir.

  • Kafel və keramika yapışdırıcıları, aralıq doldurucuları, su izolyasiya materialları, istilik izolyasiya materialları, təmir tikinti materialları, zəmin materialları, hazır suvaqlar, beton qatqıları, istilik izolyasiya və s. kimi tikinti materialları istehsal edir.

ƏSAS ÖHDƏLİKLƏRİ:

  • Şirkətin veb saytı və sosial media dizayn fəaliyyətini təşkil etmək, dəyişikliklər etmək və izləmək;
  • Sosial media planlamaların hazırlanması və bu xidməti görən digər firmalarla işin təşkili;
  • Fərqli kanallarda keçiriləcək tədbirlərin planlanması və icra olunması;
  • Kreativ mətnlərin və sosial media postlarının hazırlanması;
  • Məhsul tanıdılmasında sosial media dəstəyini vemək;
  • Bütün sosial media kanallarına nəzarət etmək;
  • Şirkətin sosial şəbəkələrdə (facebook, instagram, Linkedin) təmsil olunması;
  • Şirkətin rəsmi internet səhifəsinin mütəmadi yenilənməsinin təşkil edilməsi;
  • Sosial media səhifələri üçün kontentlərin yaradılması;

TƏLƏBLƏR:

  • Bu sahədə 3 il iş təcrübəsi;
  • Ali təhsil;
  • Kreativ düşüncə qabiliyyətinin olması;
  • İnternetdən aktiv iştirak edən istifadəçi olmalı;
  • Analiz etmə və yüksək araşdırma qabiliyyətinə malik olmalı;
  • Digital reklam idarəetmə bacarığına sahib olmalı.
  • Microsoft ofis proqramları, Photoshop, İllustrator,CorelDraw proqramlarla işləmə qabiliyyəti;
  • Azərbaycan və rus dillərini bilməli, ingilis dili biliyi üstünlükdür

Maaş müsahibə zamanı təyin ediləcəkdir.

Bu vakansiya üçün hr@mrfix.az e-poçtuna mövzu hissəsinə “Veb dizayner və sosial media meneceri” qeyd edib göndəriniz.
Yalnız tələblərə cavab verən namizədlərlə (CV bütün tələblərə uyğun olarsa) əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...