Sərnişin vaqonunun bələdçisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

İşin təsviri:

  • Vaqonun texniki vəziyyətinə nəzarət edilməsi və yolda sərnişinlərə xidmət göstərilməsi;
  • Vaqonun daxili avadanlığının çıxarılma inventarının saz vəziyyətdə saxlanılmasına nəzarət edilməsi; Sərnişinlərin təhlükəsiz minmə və düşməsinin təmin edilməsi;
  • Gediş sənədlərinin əsasında sərnişinlərin vaqonlarda düzgün yerləşdirilməsinə əməl edilməsi;
  • Sərnişinlərin gediş sənədlərinin (biletlərin) yoxlanılması;
  • Əl yüklərinin qoyulmuş qayda və normalara uyğun aparılmasına nəzarət edilməsi;
  • Sərnişinlərə dayanacaq məntəqələrinin adları haqqında və qatarın dayanma müddətləri barədə xəbərdarlıq edilməsi;
  • Sanitariya qaydalarına müvafiq olaraq vaqonun daimi təmizliyinə nəzarət edilməsi;
  • Qatarda hər hansı bir fors-major hal yarandığı zaman dərhal polis əməkdaşına və yaxud dəmir yolunun işçi heyətindən digər
  • aidiyyəti şəxsə məlumatın verilməsi;
  • Qatar son məntəqəsinə çatdıqdan sonra vaqonun yoxlanılması, yaddan çıxmış əşya aşkar edildikdə onları akt tərtib etməklə yaddan
  • çıxan əşyaların saxlanıldığı kameraya təhvil verilməsi, kənar şübhəli əşya aşkar edildikdə vaqon avadanlıqlarını müayinə edilməsi,
  • hər hansı bir çatışmazlıq və ya nasazlıq aşkar edildikdə onun aradan qaldırılması ilə əlaqədar tədbirlər görülməsi üçün aidiyyəti şəxslərə məlumat verilməsi;
  • Labüd hallarda sərnişinlərə ilk tibbi yardımın (həkimə qədər) göstərilməsi.

Tələb olunan təhsil, təcrübə və bacarıqlar:

  • Orta təhsil ;
  • İngilis dili – yaxşı, rus dili – yaxşı;
  • Sərnişin vaqonunun bələdçiləri üçün qaydalar üzrə biliklər;
  • Bütün növ gediş sənədləri və əlavə ödəmə qəbzləri üzrə biliklər;
  • Sərnişin qatarlarında təftiş və komissiyaya yoxlama aparmaq hüququ verən sənədlər üzrə biliklər;
  • Xidmət olunan sahədə dəmir yolu stansiyalarının və düşmə-minmə məntəqələrinin yerləşməsi üzrə biliklər;
  • Bütün tiplərdən olan sərnişin vaqonlarının ümumi quruluşu, yanğın təhlükəsizliyi qaydaları üzrə biliklər; Sərnişin qatarlarının
  • xidməti hərəkət cədvəlindən istifadə qaydaları üzrə biliklər;
  • Sərnişin vaqonları bələdçisinin təlimatı üzrə biliklər;
  • Dəmir yollarında sərnişin və baqaj daşınması qaydaları, sərnişin vaqonlarının bələdçisinin təhlükəsizlik texnikası üzrə yaddaş
  • kitabçaları üzrə biliklər;
  • İlk tibbi (həkimə qədər) yardım göstərilməsi qaydası üzrə biliklər.

Müraciət etmə qaydaları:

  • Maraqlanan namizədlərdən aşağıda link vasitəsilə “Azərbaycan Dəmir Yolları” QSC-nin rəsmi karyera səhifəsinə keçid edərək vakansiyaya müraciət etmələri xahiş olunur:
  • Qeyd edək ki, vakansiyaya son müraciət 07.11.2022-ci il tarixinədəkdir.https://career.ady.az/Vacancy/Get?id=3837#vp

Oxşar vakansiya siyahısı:

500₼
Sürücü köməkçisi

İnci Group of Companies Sürücü köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

25.04.2024 - Bakı