Valyutanın İdarəedilməsi üzrə Baş Mütəxəssis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

PAŞA Bank ASC Xəzinədarlıq Departamentində Valyutanın İdarəedilməsi üzrə Baş Mütəxəssis vakansiyasını elan edir.

PAŞA Bank ASC Xəzinədarlıq Departamentində Valyutanın İdarəedilməsi üzrə Baş Mütəxəssis vakansiyasını elan edir.

Öhdəliklər:

  • Banklararası xarici valyuta mübadiləsi,qiymətli metal,əmtəə ticarət müzakirəsi və icrası
  • Bankın valyuta mövqeyinin daxili və normativ qaydalar əsasında idarəsi
  • Əlverişli əməliyyatların həyata keçirilməsi üçün yerli və beynəlxalq valyuta bazarı imkanlarının araşdırılması
  • Hesabatların keyfiyyətinə və dəqiqliyinə nəzarət və daxil edilmiş məlumatların doğruluğunun təminatı
  • Qiymətli metal,valyuta,əmtəə qiymətlərinin müəyyənləşdirilməsi və satış üçün təkliflərin verilməsi,
  • Bütün proses və qanunların ən yaxşı təcrübəyə,Bankın davranış qayda və normativ tələblərinə uyğun olmasını təmin etmək,
  • Yerli və xarici Mİ ilə banknot ticarətinin müzakirə və icrası.

Tələblər:

  • Təhsil: Maliyyə sahəsi üzrə Bakalavr və ya Magistr dərəcəsi
  • İş təcrübəsi: Müvafiq sahədə ən az 3 il iş təcrübəsi
  • Xarici dil bilikləri: İnglis dili (səlis), Rus dili (üstünlük verilir)
  • Kompüter bilikləri: Yüksək səviyyədə MS Excel bilikləri (Excel,Power Point) və Bloomberg
  • Beynəlxalq sertifikatlar: CFA (üstünlük verilir)
  • Digər: Valyuta,yerli və beynəlxalq bazar barədə biliklər

Tələblərə cavab verən namizədlərdən müraciətləri 28.02.2021-ci il tarixinədək recruitment@pashabank.az ünvanına emailin mövzu hissəsində “Valyutanın İdarəedilməsi üzrə Baş Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

Aparıcı mühasib

Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...

Aznet Technologies

18.06.2025 - Bakı