Qısa məzmun
PASHA Bank Valyuta Bazarları üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Link: https://qlor.me/lf2ejngm
Təsvir
İşiniz nədən ibarətdir?
- Nağd və nağdsız mübadilələr üçün Bankın standart alış / satış məzənnələrinin müəyyənləşdirilməsi
- Açıq Valyuta Mövqeyinin Mərkəzi Bank və Bankın daxili normativləri əsasında idarə edilməsi
- Korporativ / özəl bankçılıq / KOB müştəriləri üçün özəl məzənnələrinin təyini
- Bütün müştəri istəkləri ilə (daxili və ya xarici) dəqiq və razılaşdırılmış müddətlərdə məşğul olmaq
- Xarici valyuta, derivativ, əmtəə məhsulları, qiymətli metal satışlarını yerli və xarici banklarla müzakirə edib icra etmək
- Baş ofis və biznes mərkəzlərinin nağd likvidliyinin idarə edilməsi
- Xarici tərəfdaşlar ilə nağd pul vəsaitlərinin idxal / ixrac əməliyyatları
- Korporativ FX rəhbəri ilə birlikdə müştəri görüşlərində iştirak etmək
- Yeni müştəriləri aktiv şəkildə cəlb edilməsi
- Lazımi hesabatların tərtibi və daxil edilmiş məlumatların düzgünlüyünü təmin edilməsi
- Şöbə rəhbəri tərəfindən tələb olunan xüsusi hesabatların hazırlanması
- Bütün proses və prosedurların ən yaxşı təcrübəyə, bankların davranış qaydalarına və tənzimləmə tələblərinə uyğun olmasını təmin etmək
- Bankın daxili qaydalarına, proseslərinə, siyasətlərinə, təlimatlarına (o cümlədən, SƏTƏM-lə əlaqədar) ciddi şəkildə əməl etmək və onların pozulmasına görə məsuliyyət daşımaq.
- Hər hansı qəzalar, insidentlər və təhlükəli hallar barəsində dərhal birbaşa rəhbərə məlumat vermək.
- Hər zaman təhlükəsiz, ətraf mühiti qoruyan və çirklənməsinin qarşısını alan qaydada işləmək.
Tələblər
Sizdən nə tələb olunur?
- Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili
- İş təcrübəsi: minimum 2 il
- Xarici dillər: İngilis dili (səlis), Rus dili (orta)
- Kompüter bilikləri: MS office, Power Point
- Məhsul bilikləri: Valyuta bazarı və derivativlər
- Bazar bilikləri: yerli və beynəlxalq bazar biliyi
Oxşar vakansiya siyahısı:
Aparıcı mühasib
SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Hajigabul Poultry Farm Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
900 — 1100 ₼
1C operatorCamal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
900 — 1100 ₼
1C operatorCamal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis
Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...