Uyğunluq üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Avromed Company QSC Uyğunluq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzi̇fə Öhdəli̇kləri̇:

  • Hüquq departamenti ilə məsləhətləşmə və uyğunluq məsələlərində rəhbərliyə məlumatların verilməsini təmin edir;
  • Uyğunluq siyasətləri, təcrübələri və hesabat sistemləri üzrə işçilərə təlimlərin hazırlanmasını  təmin edir;
  • Uyğunluqla bağlı problemləri, pozuntuları araşdırıb müəyyən edir;
  • Şikayətlərin izlənilməsi və onların cavablandırılmasını təmin edir;.
  • Uyğunluq fəaliyyətlərinin qeydiyyatını aparır;
  • Dövlət qurumlar ilə əlaqələrin qurulmasını təmin edir;
  • Uyğunluq hesabatları hazırlayır və təqdim edir;

Tələblər:

  • Ali bakalavr təhsili (Biznes, hüquq və ya əlaqəli sahədə)
  • Sertifikatlaşdırılmış Risk və Uyğunluq İdarəetmə Peşəkarına (CRCMP) üstünlük verilir;
  • Uyğunluq sahəsində ən azı 3 il iş təcrübəsi;
  • Qanunlar, hüquqi kodekslər, prosedurlar və digər müvafiq tənzimləyici standartlar haqqında biliklər;
  • MS Office proqramlarında işləmə bacarığı;
  • Güclü analitik və tənqidi düşünmə bacarığı;
  • Əla şifahi və yazılı ünsiyyət bacarıqları;
  • Sənədləşdirmə və hesabat vermə bacarıqları;
  • Detallara diqqət.
  • Dil bilikləri: Azərbaycan dili – mükəmməl, Rus dili– mükəmməl, İngilis dili – mükəmməl

İş şəraiti:

  • İş qrafiki: 5 günlük iş həftəsi
  • Yüksək əmək haqqı

Maraqlananlar CV-lərini elektron ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Uyğunluq üzrə mütəxəssis” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Əlaqə nömrəsi: 055 224 43 45

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı