UX/UI dizayner
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azərbaycan Beynəlxalq Bankı UX/UI dizayner vəzifəsi üzrə vakansiya elan edir.

Müraciət üçün linkə keçid edin:  https://careers.abb-bank.az/

ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmaq imkanı
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Məhsul sahibi və proqramçılarla ilə birgə iş nəticəsində müştəri tələblərinə/ehtiyaclarına, məhsulun mövzusuna, vizyonuna və biznes tələbinə uyğun UX və Uİ dizaynların yaradılması;
  • Yaradılmış dizaynların istifadəçi təcrübəsinin standartlar daxilində tam müasir metodlarla test edilməsi;
  • Son trendlərə uyğun dizayn prinsiplərinin tətbiq edilməsi və dizayn sistemin yaradılması, inkişaf etdirilməsi;
  • Yaradılmış rəqəmsal məhsulların interface dizaynının inkişaf  etdirilməsidir.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilə;
  • Biznes tələblərinə uyğun UX dizaynların və konseptlərinin hazırlanması ilə bağlı təcrübəyə;
  • Araşdırma, qiymətləndirmə və analitika bacarığına;
  • Dizaynların doğruluğunun və biznes tələblərə cavab verdiyinin yoxlanılması üçün prototip-test proseslərinin təşkil olunması ilə bağlı təcrübəyə;
  • Usability və A/B testing proseslərinin təşkil edilməsi ilə bağlı təcrübəyə;
  • Yüksək səviyyədə visual dizayn qabiliyyətlərinə;
  • Sketch, Figma və Adobe CS proqramlarının istifadəsi ilə bağlı təcrübəyə;
  • Yaxşı səviyyədə interaction dizayn qabiliyyətlərinə;
  • Principle, XD və ya Studio proqramlarının istifadəsi ilə bağlı iş təcrübəsinə sahib olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...