UX/UI dizayner
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Yelo Bank UX/UI dizayner vəzifəsi üzrə vakansiya elan edir. Bank işi haqqında məlumat, bank işində təcrübə arzuolunandır.

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “UX/UI dizayner” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “UX/UI Designer” qeyd etməklə öz CV-lərinizi jobs@yelo.az ünvanına göndərə bilərsiniz.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az

Struktur: Proqramlaşdırma Departamenti / Proqramlaşdırma şöbəsi
Vəzifə: UX/UI dizayner
Bilavasitə tabeçiliyi: Departament direktoru / Şöbə müdiri

Vəzifə öhdəlikləri:

  • Product Owner, Design Lead və Developer-lər ilə birgə iş nəticəsində müştəri tələblərinə/ehtiyaclarına, məhsulun mövzusuna, vizyonuna və biznes tələbinə uyğun UX və Uİ dizaynların yaradılması;
  • Yaradılmış dizaynların istifadəçi təcrübəsinin standartlar daxilində tam müasir metodlarla test edilməsi;
  • Son trendlərə uyğun dizayn prinsiplərinin tətbiqi və dizayn sistemin yaradılması, inkişaf etdirilməsi;
  • Yaradılmış rəqəmsal məhsulların interface dizaynının inkişaf etdirilməsi.

Vəzifəyə tələblər:

  • Biznes tələblərə uyğun UX dizaynların və konseptlərinin hazırlanmasında təcrübə;
  • Araşdırma, qiymətləndirmə və analitika bacarığı;
  • Dizaynların doğruluğunun və biznes tələblərə cavab verdiyinin yoxlanılması üçün prototip-test proseslərinin təşkil olunmasında təcrübə;
  • Usability və A/B testing proseslərinin təşkili üzrə təcrübə;
  • Yüksək səviyyədə visual dizayn qabiliyyəti;
  • Sketch, Figma və Adobe CS proqramlarının istifadəsində təcrübə;
  • Yaxşı səviyyədə interaktiv dizayn qabiliyyətləri və ya vizyonu;
  • Şəbəkə protokolları və verilənlər bazaları ilə iş təcrübə
  • Müvafiq sahə üzrə 2 illik iş təcrübəsi;
  • Bank işi haqqında məlumat, bank işində təcrübə arzuolunandır.

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...