UX/UI dizayner
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Paşa holding UX/UI dizayner vəzifəsi üzrə vakansiya elan edir. Agile metodologiyası bilikləri əlavə üstünlükdür.

Ölkənin aparıcı korporativ bankı PAŞA Bank Marketinq departamentinə UX/UI dizayneri komandasına dəvət edir.

İşiniz nədən ibarət olacaq?

  • Müştəri tələbinə uyğun araşdırmaların planlanması və həyata keçirilməsi,
  • Məhsul xüsusiyyətinə uyğun prototiplərin çəkilməsi və test edilməsi,
  • Dəqiq araşdırmalar apararaq nəticələrə əsaslanan konsepsiya və detallı dizayn həllərin yaradılması,
  • Müştərinin vahid dizayn konsepsiyası çərçivəsində üslub və mövqeyinin müəyyənləşdirilməsi,
  • Agile məhsul komandası ilə kreativ, yararlı dizayn və məhsulun hazırlanması,
  • Dizayn və inkişaf prosesləri üzrə biznes və brend tərəfdaşlarla birgə əməkdaşlıq,
  • Məhsul sahibləri və komandaya rəqəmsal məhsulların qısa və uzun müddətli planlanması və inkişafında dəstək,
  • Müştəri məhsulları üzrə dizayn ardıcıllığının və sabitliyinin qorunması məqsədilə şöbə daxili və digər komandalarla fəaliyyət göstərən dizaynerlərlə birlikdə problemlərin həll edilməsi.

Sizdən nə tələb olunur?

  • Proqram təminatı, istifadəçi təcrübəsi və interfeysinin yaradılmasında 2 ildən artıq təcrübə
  • Texnologiyalar vasitəsi ilə keyfiyyətli məhsul və biznes həllərin yaradılması üzrə təcrübə
  • Rəqəmsal məhsulun çatdırılmasında E2E dizayn üzrə təcrübə
  • İstifadəçilərin araşdırılması, prototiplərin hazırlanması, istifadəçi və A/B testlərin keçirilməsi üzrə biliklər
  • Qrafik və vizual dizayn üçün nəzərdə tutulmuş Figma, Miro, Adobe Creative Suite və digər rəqəmsal dizayn platformalarından sərbəst istifadə bacarığı
  • Minimum “İntermediate” səviyyəsində İngilis dili bacarığı
  • Agile metodologiyası bilikləri əlavə üstünlükdür.
  • İnterfeys, veb-sayt, mobil tətbiqetmələr və adaptiv dizayna aid təcrübə əlavə üstünlükdür.

Tələblərə cavab verən namizədlərdən müraciətləri 21.03.2021-ci il tarixinədək recruitment@pashabank.az ünvanına başlıq hissədə “UX/UI dizayner” qeyd edərək göndərmələri xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...