Qısa məzmun
Ə/h razılaşma yolu ilə. İnci Group of Companies UX/UI Dizayner vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- İstifadəçi mərkəzli dizaynların hazırlanması: Müştəri tələbləri və biznes ehtiyaclarına uyğun olaraq veb və mobil tətbiqlər üçün UI/UX dizaynlarının yaradılması.
- Prototiplərin və wireframların hazırlanması: İstifadəçi axınlarını (user flow) və interaktiv prototipləri hazırlayaraq dizaynın təsdiqini təmin etmək.
- İstifadəçi testlərinin keçirilməsi: Məhsulun istifadəsini qiymətləndirmək üçün istifadəçi testləri təşkil etmək və nəticələrə əsasən təkmilləşdirmələr aparmaq.
- Dizayn sistemlərinin yaradılması və idarə edilməsi: Brendin vizual kimliyinə uyğun dizayn sistemlərinin inkişaf etdirilməsi və saxlanılması.
Tələblər:
- UX/UI dizayn sahəsində minimum 2 il təcrübə,
- Figma, Adobe XD, Sketch və ya digər dizayn alətləri ilə işləmə bacarığı,
- İstifadəçi mərkəzli dizayn prinsipləri və responsive dizayn anlayışı,
- Wireframe və prototiplər hazırlamaq bacarığı,
- Komanda ilə effektiv ünsiyyət və əməkdaşlıq bacarığı,
- Portfolionun təqdim edilməsi mütləqdir,
- Photoshop, İllustrator ilə işləməyi bacarmaq üstünlükdür.
Təklif edirik:
- Sənədləşmə: Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun;
- 5 günlük iş qrafiki
- Əmək haqqı: müsahibə əsasında təyin olunur.
- İş yeri: Bakı şəhəri, Koroğlu metrosu yaxınlığında.
Müraciət qaydası:
CV və portfolio nümunələrinizi zalika.ahmadova@inci.az ünvanına göndərməyinizi xahiş edirik. E-mail başlığında “UX/UI Dizayner” yazmağınız rica olunur.
Oxşar vakansiya siyahısı:
Sosial Media Marketinqi üzrə Mütəxəssis
İnci Group of Companies Sosial Media Marketinqi üzrə Mütəxəssis vakansiyasını elan edir. ...
Marketinq üzrə Mütəxəssis
İnci Group of Companies Marketinq üzrə Mütəxəssis vakansiyasını elan edir. ...