Universal Usta
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Sinteks Group of Companies Universal Usta vəzifəsi üzrə vakansiya elan edir.

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.

Sinteks Şirkətlər qrupuna hal hazırda Universal Usta tələb olunur.

Vəzifənin rolu

  • Bu vəzifənin rolu şirkətin bütün obyektlərində elektrik, rəngsaz və digər təmir – bərpa işlərinin aparılmasıdır.

Vəzifə öhdəlikləri:

  • Standartlara uyğun ümumi elektrik və boya işlərini görür
  • Elektrik enerjisinin ötürücü və paylayıcı sistemlərinin işinə nəzarət edir
  • Əsaslı təmir-bərpa işlərinin aparır
  • İşlərin icrası zamanı “Əməyin mühafizəsi” və “Texniki təhlükəsizlik” qaydalarına riayət edir

Əsas tələblər:

  • Təhsil:
  • Texniki sahə üzrə orta-ixtisas təhsili arzu olunandır (elektrik və ya digər müvafiq sertifikatlar arzu olunandır)
  • Təcrübə:
  • Aidiyyəti sahə üzrə ən azı 3 il iş təcrübəsi
  • Professional biliklər:
  • Ümumi elektrik sahəsi üzrə bilikləri
  • Çilingər və daş işi üzrə biliklər
  • Texniki alətlər və materiallar haqqında məlumat
  • Tikinti / təmir, təhlükəsizlik və yanğınsöndürmə tədbirlərinə dair standartları bilmək
  • Məişət cihazlarının təmiri üzrə biliklər
  • Azərbaycan dili mükəmməl, Rus dili orta
  • Professional bacarıqlar və kompetensiyalar:
  • Təzyiq altında işləmək
  • Çeviklik
  • Məsuliyyət

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Universal Usta” qeyd edərək recruitment@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı