Qısa məzmun
Grandmart Ümumi işlər üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Link: https://qlor.me/lftkxuil
Təsvir
- Lazımi sənədlərin hazırlanmasını, onların qəbulu, uçotu, qeydiyyatı, və icrasına nəzarəti həyata keçirmək, sənədlərlə bağlı rəhbərliyə məlumat vermək və onların saxlanmasını təmin etmək;
- Müəssisənin rəhbəliyinə təqdim edilən sənədlərin hazılıq keyfiyyətinə, onların düzgün tərtib olunmasına, razılaşdırılmasına və təsdiq edilməsinə nəzarəti həyata keçirmək;
- Rəhbərliyə aid sənədlərin və rəhbərliyin göstərişlərinin icrasına nəzarət etmək, bu sənədlərin vaxtında və keyfiyyətlə icra edilməsini təmin etmək məqsədilə operativ tədbirlər görmək;
- Rəhbərlik tərəfindən qərarların qəbul edilməsi üçün zəruri olan təşkilati işləri həyata keçirmək, bu qərarların müvafiq strukturlara çatdırılmasını təmin etmək.
- Rəhbərliyə təqdim olunan sənədlərin daxili qaydalara uyğun tərtib olunmasını təmin etmək.
- Rəhbərliyin iştirak etdiyi iclas və görüşlərinə hazırlıq işləri aparmaq (lazımi materiallar toplanması, iclasın vaxtı, yeri və gündəliyi barədə iştirakçılara məlumatın göndərilməsi, iclas protokollarının tərtib olunması və imzaya təqdim edilməsi);
- Rəhbərliyin göstərişi ilə müəssisənin fəaliyyətinə dair məktublarını hazırlanması və göndərilməsini təmin etmək;
- Təsdiq edilmiş nomenklaturaya uyğun olaraq sənəd dövriyyəsinə aid işləri tərtib etmək, onların təhlükəsizliyini təmin etmək və vaxtında arxivə təqdim etmək;
- Şöbə müdirinin ona həvalə etdiyi digər işləri yerinə yetirmək;
- Nizam-intizam (əmək və icra intizamı) qaydalarına riayət etmək;
- Birbaşa rəhbərliyin verdiyi tapşırıqları icra etmək;
- İclasların və müşavirələrin təşkili;
- Məlumatların konfedensiallığını qorumaq;
- Gündəlik görüləcək işlərin planlaşdırılması, görüşlərin təşkili, şöbələrə aid verilən tapşırıqların;
- icrasını nəzarətdə saxlamaq və hesabatını aparmaq;
- Rəhbərliyin tapşırıqlarını aktiv şəkildə təyinatı üzrə yönləndirmək və məruzə etmək;
- İşlərin təlimatlara uyğun qaydada təşkili və icrası;
- Daxil olan telefon zənglərinə cavab vermək.
Tələblər
- Ali təhsil;
- Vakansiya üzrə təcrübə – 1 il;
- Səlis Azərbaycan, İngilis və Rus dillərin biliyi;
- Microsoft Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı (Word, Excell, Outlook);
- Yüksək səviyyədə ünsiyyət və komanda ilə işləmək bacarığı.
İş şəraiti:
- Nahar şirkət tərəfindən verilir;
- Korporativ nömrə;
- İş günlərinin sayı 5 gün saat 09:00-18:00.