Ümumi işlər üzrə mütəxəsis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Zəhmət Ruzi MMC Ümumi işlər üzrə mütəxəsis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Şirkətin qaynar xəttinə daxil olan zənglərin qəbul edilməsi, müştəri müraciətləri zamanı Şirkətin məhsulları haqda ətraflı məlumatın verilməsi, Şirkətlə müştəri arasında düzgün koordinasiyanın yaradılması
  • Müştərilərdən daxil olunan müraciətlərin, şikayət və təkliflərin qəbul edilməsi, qeydə alınması, təhlili,  vaxtında və işgüzar cavablandırılması, aidiyyatı üzrə yönləndirilməsi, qısa müddətdə həll olunması və lazım olduğu təqdirdə geri dönüş zənglərinin yerinə yetirilməsi
  • Şirkətin elektron ünvanına daxil olan məktubların cavablandırılması, online verilən sullara cavabların anında verilməsi, çatışmamazlıqların aradan qaldırılmasının təşkili
  • Məlumat mərkəzinə daxil olan zənglərin qeydə alınması, marketlərlə əlaqə (hansı mal var, hansı mala ehtiyac var) yeni məhsulların marketlərə təklif edilməsi
  • Şirkətdə planlanan iclasların, görüşlərin öncədən təşkili, keçiriləcək iclasların vaxtı barədə aidiyyətı üzrə işçilərə öncədən xəbər verilməsi və iclasın protokollaşdırılması
  • Rəhbərliyin görüş və müşavirələrinin vaxtını tənzimləmək, qrafiklər hazırlamaq, keçiriləcək       görüşlərin vaxtı barədə aidiyyətı üzrə işçilərə məlumatın verilməsini təmin etmək
  • Şirkətə gələn qonaqların, müştərilərin qarşılanması, müşaiyət olunması və aidiyyatı üzrə istiqamətləndirilməsi
  • Şirkətə daxil olan və çıxan məktubların, sənədlərin təyinatı üzrə təsnif edilməsi və qeydiyyatının təşkil edilməsi
  • Rəhbərin tapşırığı ilə məktublar, sorğular və s. sənədlərin tərtib edilməsi və məktub müəlliflərinə cavabların hazırlanması
  • Rəhbərliyin Şirkət daxilində və digər qurumlarla telefon və digər əlaqələrini koordinasiya etmək
  • İşçilərin işə davamiyyətinə (gəliş-gediş saatları) nəzarət etmək, gündəlik, aylıq raporların hazırlanaraq birbaşa rəhbərinə təqdim edilməsi
  • Ofisin ehtiyac olduqda təsərrüfat malları ilə təmin olunmasına nəzarət edilməsi
  • Birbaşa şöbə rəhbərinin tapşırdığı digər inzibati işlərin görülməsi.

Tələblər:

  • Yalnız xanım namizədlər tələb olunur.
  • MS Office ( Word,Excel)
  • Tapşırılan işləri vaxtında yerinə yetirməli
  • Rəhbərliyə lazımı məlumatları hazırlayıb təhvil verməli
  • Təhsil: ali/orta ixtisas təhsilli
  •  İş təcrübəsi: 1  ildən az olmayaraq

İş şəraiti: 

  • Ofis Xırdalanda yerləşir
  • Yaş həddi: 22 – 30 yaş
  • 5  günlük iş həftəsi
  • İş vaxtı: 09:00 – 17:00
  • Əmək haqqı: 500-550 AZN

Vakansiya ilə maraqlanan namizədlər öz müraciət anketlərini (CV) elektron ünvanına mövzu hissəsində “Ümumi işlər üzrə mütəxəssis” qeyd etməklə göndərə bilərlər

Oxşar vakansiya siyahısı:

700 — 1000 ₼
İşə Qəbul üzrə Mütəxəssis (Recruiter)

Improve Group İşə Qəbul üzrə Mütəxəssis (Recruiter) vəzifəsi üzrə vakansiya elan edir. ...

Improve Group

10.09.2025 - Bakı

700₼
Kadrlar üzrə əməliyyatçı

Siyəzən Broyler MMC Kadrlar üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...

Siyəzən Broyler

01.09.2025 - Bakı

Ofis İşləri üzrə Mütəxəssis

Aztelco Group MMC Ofis İşləri üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Aztelco Group MMC

28.08.2025 - Bakı

700₼
Kadrlar üzrə əməliyyatçı

Siyəzən Broyler MMC Kadrlar üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...

Siyəzən Broyler

28.08.2025 - Bakı

800 — 1000 ₼
İşə qəbul üzrə mütəxəssis

AzəriMed QSC İşə qəbul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Ünsiyyət yaratmaq bacarığı olmalıdır. ...

AzəriMed QSC

27.08.2025 - Bakı

800 — 1000 ₼
Direktor köməkçisi

Konsis Direktor köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Konsis

26.08.2025 - Bakı

1000 — 1500 ₼
İnsan Resursları üzrə mütəxəssis

NYS Information Technologies İnsan Resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

NYS Information Technologies

21.08.2025 - Bakı