Qısa məzmun
AzStudy UI/UX dizayner vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə və öhdəliklər
- Mobil və veb platformalar üçün müasir dizayn həllərinin hazırlanması
- İstifadəçi ssenarilərinin təhlili və effektiv interfeys həllərinin tətbiqi
- Wireframe, prototip və yüksək keyfiyyətli vizual dizaynların işlənməsi
- UX araşdırmalarının aparılması, istifadəçi rəylərinə əsasən təkmilləşdirmələr edilməsi
- Brend kitabçasına və vizual identitet standartlarına uyğun dizaynların hazırlanması
- Developer və məhsul komandası ilə sıx əməkdaşlıq
Namizəd üçün tələblər
- Rəqəmsal dizayn sahəsində minimum 2–3 il iş təcrübəsi
- Figma, Adobe XD, Photoshop, Illustrator və digər müasir alətlərlə yüksək səviyyədə işləmək bacarığı
- Responsive dizayn prinsipləri və adaptiv interfeys həlləri üzrə təcrübə
- UX prinsipləri və istifadəçi yönümlü dizayn yanaşmasını dərindən bilmək
- Kreativ yanaşma, detallara diqqət, güclü analitik düşüncə bacarığı
- Komanda daxilində effektiv ünsiyyət və əməkdaşlıq bacarığı
Üstünlük verilir
- Motion dizayn, animasiya və mikro-interaksiyalar üzrə biliklər
- HTML/CSS üzrə biliklərinin olması
- Müxtəlif layihələrdən ibarət portfolionun təqdim olunması
Şirkət təklif edir
- Bazarla rəqabətədavamlı əmək haqqı (müsahibə əsasında müəyyən ediləcək)
- Peşəkar inkişaf və karyera artımı imkanları
- Müasir və kreativ iş mühiti
- Beynəlxalq standartlara uyğun layihələrdə iştirak imkanı
Uyğun namizədlər öz CV formlarını vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçtuna göndərə bilər.
Oxşar vakansiya siyahısı:
3D dizayner
Brain Solutions 3D dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...
Qrafik dizayner
İnci Group of Companies Qrafik dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...
3D dizayner
3D Dizayner vəzifəsi üzrə vakansiya elan edilir. ...