Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Pronet LLC UI/UX dizayner vəzifəsi üzrə vakansiya elan edir. Rus və ingilis dillərini orta-yüksək səviyyədə bilməlidir.
- İş günü: Əmək qanunvericiliyinə uyğun və rəsmi sənədləşdirmə
- Əmək haqqı: namizədin bilik, təcrübə və bacarıqlarına əsasən təyin ediləcəkdir
Vəzifələr və bacarıqlar:
- Figma, Adobe Photoshop, Adobe Illustrator proqramları ilə işləmək bacarığı, HTML CSS arzuolunanadır;
- UI/UX Web və Mobil dizaynlarını hazırlama bacarığı;
- Android/IOS mobil əlavələrinin hazırlanmasının UX/UI prinsiplərini, şablonlarını və ən yaxşı təcrübələri üzrə biliklər;
- IOS və Android platformalarında tətbiqlərin rahat funksional və dizaynla təmin edilməsi;
- Mobil tətbiqetmələrin, saytların və veb interfeyslərin layihə və dizaynının hazırlanması;
- Məhsulun dizayn və vizuallaşdırılması;
- Məhsul sahibi (Product owner) ilə birlikdə istifadəçi interfeysi təcrübələrinin müəyyənləşdirilməsi, real sınaqlardan alınan məlumatlara əsasən təhlil aparılması;
- Dizayn problemlərini həll etmək və məhsullar arasında dizayn ardıcıllığı səviyyəsini qorumaq üçün komanda daxilində əməkdaşlıq etmək;
- Müasir veb-dizayn trendlərini anlamaq;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- Analitik düşünmək və problem həll etmək bacarığı;
- Asan ünsiyyət qura bilmək;
- Verilən tapşırığa adaptasiya olmaq və sərbəst araşdırma qabiliyyəti;
- Komanda şəklində və komanda ilə işləmək bacarığı;
- Diqqətli olmaq, məsuliyyətli və düzgün olmaq;
Tələblər:
- Təhsil (ali-orta-ixtisas);
- Müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi;
- Rus və ingilis dillərini orta-yüksək səviyyədə bilmək;
- Komanda şəklində və komanda ilə işləmək bacarığı;
- Diqqətli, məsuliyyətli və düzgün olmaq.
Maraqlanan və uyğun namizədlər CV məlumatlarını (Azərbaycan, ingilis və ya rus dilində) mövzu yerində “UI/UX dizayner” qeyd etməklə yusif.rasulov@pronet.az email ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Qrafik dizayner
İnci Group of Companies Qrafik dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...
3D dizayner
3D Dizayner vəzifəsi üzrə vakansiya elan edilir. ...
Sosial Media üzrə Qrafik Dizayner
İnci Group of Companies Sosial Media Marketinqi üzrə Mütəxəssis vakansiyasını elan edir. ...