Təchizat üzrə mütəxəssis köməkçisi
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 600 AZN. Kontakt Home Təchizat üzrə mütəxəssis köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. Kollektivdə işləməyi bacarmalıdir.

“Kontakt Home” mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə “Kontakt Home” Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

“Kontakt Home” mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Vacancy: Təchizat üzrə mütəxəssis köməkçisi

Vəzifə öhdəlikləri:

  • Təchizatçılarla (yerli və xarici) müqavilələrin bağlanması;
  • Müqavilənin icrasına aid olan bütün sənədlərin dövriyyəsinə nəzarət edilməsi;
  • Sifarişlərin hazırlanması və nəzarətdə saxlanılması;
  • Qiymətlərin araşdırılması və müqayisə olunması;
  • İşlərin planlaşdırılması və analizi;
  • Stok ehtiyyatlarının idarə olunması;
  • Malların gecikməsiz çatdırılmasını təşkil etmək.

Tələblər:

  • Ali təhsil;
  • Azərbaycan, rus dilində yaxşı səviyyədə danışıq qabiliyyəti, ingilis dilli upper intermediate;
  • Microsoft Office proqramlarını bilməli;
  • 1C proqramını bilməsi mütləqdir;
  • İş təcrübəsi uyğun sahə üzrə minimum 1 il;
  • İşgüzar danışıqları aparma qabiliyyəti olmalı;
  • Dəqiq, səliqəli, diqqətli, məsuliyyətli, çevik, stressə davamlı və ünsiyyətçil;
  • Kollektivdə işləməyi bacarmalıdir.

İş şəraiti:

  • İş günləri: I-VI günlər, istirahet günü:bazar
  • Əmək haqqı: 600 AZN

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

https://qlor.me/klggou12

Oxşar vakansiya siyahısı:

Xarici satınalma üzrə  mütəxəssis

İnci Group of Companies Xarici satınalma üzrə  mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

05.06.2025 - Bakı

Procurement Specialist

Position: Procurement Specialist Based in Baku | Full-time AEL is a dynamic and rapidly growing company in the energy sector, specializing in the supply of hazardous area ...

AEL

03.06.2025 - Bakı