Tur meneceri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

RVS Travel şirkəti tur menecer vəzifəsi üzrə vakansiya elan edir. Namizədlər turizm sahəsində ən azı 2 il təcrübəsinə malik olmalıdır.

 İş barədə məlumat:

  • Müxtəlif istiqamətlər üzrə fərdi və qrup turlarının hazırlanması
  • Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması
  • Müştərilərlə yüksək səviyyəli münasibətlərin qurulması
  • Otellərin bronlaşdırılması
  • Sosial şəbəkələr üzərindən sorğuların cavablandırılması
  • Mövsümə və tələbə uyğun turların axtarılması və reklam bölməsinə ötürülməsi
  • İş saatları: 10:00-dan 18:00-dək
  • Şənbə günü:10:00-dan 16:00-dək
  • İstirahət günü – Bazar günü
  • Nahar şirkət tərəfindən verilir
  • Əmək haqqından əlavə + satışdan komissiya veriləcək

Namizədə tələblər:

  • Tur menecer kimi turizm sahəsində ən azı 2 il iş təcrübəsinə malik olmaq
  • Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək (ingilis dilini bilənlərə üstünlük verilir)
  • Səlis və işgüzar danışıq bacarığına malik olmaq
  • Yüksək ünsiyyət qurma bacarığına malik olmaq
  • Məsuliyyətli və diqqətli olmaq
  • Gülərüz və özünə qarşı tələbkar olmaq
  • Vaxtın idarəolunması bacarığına malik olmaq
  • Mühitə tez uyğunlaşmaq və komandada işləmə qabiliyyətinə malik olmaq

Şəkilli CV-lərinizi göndərməyiniz xahiş olunur. Göstərilən tələblərə cavab verməyən şəxslərin CV formalarına baxılmayacaq. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...