Qısa məzmun
Ə/h 400-600 AZN + satışdan komissiya veriləcək. Optimal Tour Tur meneceri vəzifəsi üzrə vakansiya elan edir. İngilis dilini bilənlərə üstünlük verilir.
İş barədə məlumat:
- Müxtəlif istiqamətlər üzrə fərdi və qrup turlarının hazırlanması
- Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması
- Müştərilərlə yüksək səviyyəli münasibətlərin qurulması
- Otellərin bronlaşdırılması
- Sosial şəbəkələr üzərindən sorğuların cavablandırılması
- Mövsümə və tələbə uyğun turların axtarılması və reklam bölməsinə ötürülməsi
- İş saatları: 10:00-dan 19:00-dək
- Şənbə günü:11:00-dan 16:00-dək
- İstirahət günü – Bazar günü
- Əmək haqqından əlavə + satışdan komissiya veriləcək
Namizədə tələblər:
- Tur menecer kimi turizm sahəsində ən azı 1 il iş təcrübəsinə malik olmaq
- Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək (ingilis dilini bilənlərə üstünlük verilir)
- Kompüterdə işləmək bacarığı (MS Office programları, İnternet, MS Outlook, və s.)
- Səlis və işgüzar danışıq bacarığına malik olmaq
- Yüksək ünsiyyət qurma bacarığına malik olmaq
- Məsuliyyətli və diqqətli olmaq
- Mühitə tez uyğunlaşmaq və komandada işləmə qabiliyyətinə malik olmaq
- Yalnız xanim namizədlər müraciət edə bilər
Yalnız şəkilli CV-lərinizi “Tur menecer” başlığı altında [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Göstərilən tələblərə cavab verməyən və şəkilsiz olan CV formalarına baxılmayacaq. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Ofisiant
CoffeeLea coffeeshoplar şəbəkəsi Ofisiant vakansiyasını elan edir. ...
700 — 900 ₼
Tur menecer ve aviakassirEl Art Səyahət Agentliyində Tur menecer ve aviakassir vəzifəsi üzrə vakansiya elan edilir. ...
Ofisiant
Saffron Group Ofisiant vəzifəsi üzrə vakansiya elan edir. ...