Tur Menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. İmpuls Kan MM Tur Menecer vəzifəsi üzrə vakansiya elan edir. Səlis və işgüzar danışıq bacarığına malik olmalıdır.

İş barədə məlumat:

  • Müxtəlif istiqamətlər üzrə fərdi və qrup turlarının hazırlanması
  • Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması
  • Müştərilərlə yüksək səviyyəli münasibətlərin qurulması
  • Otellərin bronlaşdırılması
  • Mövsimə və tələbə uyğun turların hazırlanması və reklam bölməsinə ötürülməsi
  • İş saatları: 10:00–19:00; Şənbə günü: 10:00-16:00
  • İstirahət günü – Bazar günü

Namizədə tələblər:

  • Tur menecer kimi turizm sahəsində ən azı 1 il iş təcrübəsinə malik olmaq
  • Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək (ingilis dilini bilənlərə üstünlük verilir)
  • Kompüterdə işləmək bacarığı (Microsoft Office programları, İnternet, MS Outlook, və s.)
  • Səlis və işgüzar danışıq bacarığına malik olmaq
  • Yüksək ünsiyyət qurma bacarığına malik olmaq
  • Məsuliyyətli və diqqətli olmaq
  • Mühitə tez uyğunlaşmaq və komandada işləmə qabiliyyətinə malik olmaq

Əmək haqqı şəxsin təcrübə və bacarıqlarına görə müəyyən ediləcək + satışdan komissiya veriləcək.

Şəkilli CV-lərinizi “Tur Menecer” başlığı altında konul.bg@gmail.com elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Göstərilən tələblərə cavab verməyən şəxslərin CV formalarına baxılmayacaq. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...