Trainer Specialist (female)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

İşin təsviri və tələblər:

Baş ofisi Fransanın Lyon şəhərində yerləşən BIODERMA, ESTHEDERM VƏ ETAT PUR Dermatoloji Laboratoriyaları dermatoloqlar və institusional tədqiqat mərkəzləri (INSERM, CHU, Universitetlər) ilə birlikdə 1977-ci ildən bəri tibbi təlimat və məsləhət üçün məhsullar hazırlayır və təklif edir.

BIODERMA,ESTHEDERM, ETAT PUR dünya dermatoloqları tərəfindən ən çox məsləhət görülən brendlerdlərdir. Dünyanın 130-dan çox ölkəsində satılan brendlər Azərbaycan bazarındakı payını dünya bazarına paralel olaraq genişləndirməyə davam edir. Böyüyən komandamıza təqdimat mütəxəssisi Trainer axtarışındayıq.

  • Sadəcə qadın namizədlərin CV ləri diqqətə alınacaq
  • Universitet məzunu (Tıbbi və əczaçılıq fakultələrində təhsili olanlara üstünlük veriləcəkdir),
  • Kompüter bacarığı olan, Microsoft Office-də sərbəst işləmə və təqdimat hazırlama qabiliyyəti olan,
  • Azərbaycan , Rus və Ingilis dillərini mükəmməl səviyyədə bilən,
  • Təqdimatları Azərbaycan və Rus dilində səlis şəkildə təqdim edə bilən,
  • Danışıq qabiliyyəti yüksək olan və insanların önündə çıxış etmə qabiliyyəti olan,
  • Gülər üzlü, insanlarla ünsiyyət qura bilən və yüksək inandırıcılıq qabiliyyəti olan,
  • Satış nöqtələrində( aptek, mağaza və klinikalar) mütəmadi olaraq təqdimat və təlimatlar verə bilən,
  • Ölkədaxilində və xaricə səyahət edəbilən,

Vəzifələr:

  • Şirkətin məhsullarının təqdimatını və təlim fəaliyyətlərini aptek, mağaza və klinikalarda həyata keçirmək,
  • Məhsullara uyğun materiallar hazırlamaq, məhsulların hər birinin tərkib və təqdimatını satış nöqtələrində vermək,
  • Aptek, mağaza və digər satış nöqtələrinin satışların artırmaq üçün dəstək olmaq və satışların yüksəlməsinə yaxından nəzarət etmək,
  • Aylıq və həftəlik təqdimat planlarını satış nöqtələrində təqdim etmək•
  • Satış nöqtələrinin ehtiyaclarını təyin edib ona uyğun təqdimat planı hazırlamaq və təqdim etmək, Satış nöqtələrində işləyənlərin təlimlərindən məsuliyyətli olmaq və mütəmadiyyən ehtiyacı yoxlayaraq təlimlər həyata keçirmək,
  • Gündəlik iş hesabatlarını rəhbərliyə vaxtında və tam şəkildə təqdim etmək.
  • Aptek və digər satış nöqtələrinin təqdimat hesabatını aparmaq, nəzarət etmək və rəhbərliyə təslim etmək

İşə qəbul edilən əməkdaşlar bütün təlimləri keçdikdən sonra işə başlayacaq.

  • İş qrafiki:5 günlük iş norması (bazar istirahət günü), 09:00 – 18:00
  • Nahar yeməyi və yol haqqı
  • Əmək haqqı : 600-1000 Azn

Vakansiyayla maraqlanan sadəcə qadın namizədlərin şəkilli CV-lərini “TƏQDİMAT MÜTƏXƏSSİSİ” başlığı ilə nakokoc@gmail.com elektron ünvanına yollamaları xahiş olunur. Sadəcə qadın namizədlərin CV-ləri diqqətə alınacaq.

Oxşar vakansiya siyahısı:

2000 — 3000 ₼
Marketinq Direktoru

Super Toys Marketinq Direktoru üzrə vakansiya elan edir. ...

Super Toys

26.04.2024 - Bakı

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı