Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Atena Group Trade Marketing Specialist vəzifəsi üzrə vakansiya elan edir. Şirkət tərəfindən nahar və korporativ xətt ilə təmin edilir.
İşin təsviri:
- Trade aktivliklər üzrə illik təqvimin hazırlamaq və tətbiq etmək;
- Trade Marketinq tədbirlərinin hazırlanması, təşkili, keçirilməsinə nəzarət və aksiya effektivliyini dəyərləndirmək (BTL promo aksiyalar, reklam aksiyaları, təqdimatlar və s.);
- Satışların analizi və satış effektivliyinin artırılması üzrə tədbirlər planını hazırlamaq;
- Qiymət analizinin aparılması və qiymət strategiyasının hazırlanması prosesində iştirak etmək;
- Yeni məhsulun bazara çıxarılmasında iştirak etmək;
- Trade marketinq büdcəsinin planlaşdırmaq, tətbiq etmək və raporlamaq;
- Satış şöbəsinin işinin qiymətləndirilməsi ilə bağlı ayın müxtəlif vaxtlarında ərazi ziyarətlərinə çıxmaq;
- Yeni məhsulun satışının təşkili prosedurunun hazırlanması və həyata keçirilməsini təmin etmək;
- Rəqiblərin aktivlikləri haqqında məlumatlarin toplanaraq, analiz etmək, adekvat tədbirlərin hazırlanması təşkil etmək.
Namizədə tələblər:
- Ali təhsil (İqtisadiyyat və İdarəetmə ixtisası üzrə arzuolunandır)
- Yüksək səviyyədə kompüter bilgiləri (MS Office, əsasən excel) olmalı;
- FMCG sektorunda ən azı 5 il iş təcrübəsi olmalı;
- Yaradıcı, təşəbbüskar, analitik düşüncəli, iri həcmli məlumat bazasını təhlil etmək təcrübəsi
- İngilis və rus dillərini yaxşı səviyyədə bilməli
İş şəraiti və benefit:
- İş qrafiki: 5 günlük
- İş yeri: Ə.Rəcəbli 25 D, Atena Qrup QSC
- Nahar və korporativ xətt verilir.
- Əmək haqqı barədə məlumat müsahibə əsasında bildirilir
Müraciət forması:
- Maraqlanan namizədlərdən CV-lərini mövzu başlığına vakansiyanın adını qeyd edərək cv@atena.az ünvanına göndərməkləri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Sosial media üzrə inzibatçı
Kontakt Home Sosial media üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Biznes məsələləri üzrə menecer
Kontakt Home Biznes məsələləri üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Aparıcı reklam mütəxəssisi
Mətanət A Şirkətlər Qrupu Aparıcı reklam mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Product Marketinq Menecer
Ateshgah Insurance Company Product Marketinq Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...