Qısa məzmun
“Az FP Co LTD” MMC (Milla süd emalı zavodu) “Trade Marketing üzrə mütəxəssis” vəzifəsi üçün işçi qəbulu elan edir.
Namizədin vəzifə öhdəlikləri:
- Departamentlərin tələblərinə uyğun datanın toplanması, təhlili və layihə menecmenti ilə analitik dəstək göstərilməsi
- Gündəlik hesabatlılığın icrası, kanallar və məhsullara yönəlik mütəmadi performans yoxlanılmasının təmin edilməsi
- TM büdcəsinin idarə olunması, kampaniyaların biznes təhlili və effektivliyinin ölçülməsi
- Xətti və qeyri-xətti (Linear and Non-Linear) modellərinin, təsnifləşdirilməsinin (clustering), optimizasiyanın və prediktiv analitika kimi metodların tətbiqi
- Biznes strukturları və rəhbərlik üçün Tableau kimi vizuallaşdırma alətlərindən istifadə edərək hesabatların hazırlanması
- Satışın təşviqi və trade marketing alətlərindən istifadə etməklə kampaniyaların keçirilməsində dəstək göstərilməsi
Namizədə tələblər:
- Ali təhsil (Riyaziyyat, Statistika, analitika yönümlü biznes ixtisasları üzrə təhsil
- Analitika sahəsində min. 3 il təcrübə
- Səlis Azərbaycan dili, İngilis və Rus dili isə arzu olunandır
- Analitik texnikalar, SQL və ya digər strukturlu proqramlaşdırma dilləri üzrə, həmçinin Excel üzrə mükəmməl bilik, R və ya Python proqramlaşdırma dilləri üzrə real iş təcrübəsi arzuolunandır
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi vakansiya başlığını “Trade Marketing üzrə mütəxəssis” qeyd etməklə career@milla.az ünvanına göndərə bilərsiniz
Oxşar vakansiya siyahısı:
Sosial media üzrə inzibatçı
Kontakt Home Sosial media üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Biznes məsələləri üzrə menecer
Kontakt Home Biznes məsələləri üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Aparıcı reklam mütəxəssisi
Mətanət A Şirkətlər Qrupu Aparıcı reklam mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Product Marketinq Menecer
Ateshgah Insurance Company Product Marketinq Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...