Qısa məzmun
Buta Group Toxum Satışı üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Ünsiyyət qurmaq bacarığı olmalıdır.
Vəzifə Öhdəlikləri:
- Həm mərkəzdə yerləşən ofisdən, həm də bölgələrdə olan müxtəlif mağazalarda toxum üzrə satışı həyata keçirmək
- Korporativ şirkətlərlə danışıqların aparılması, müqavilələrin bağlanması
- Korporativ müştərilərin məhsullarının planlaşdırılması və çatdırılması
- Satışla bağlı sənədləşmələr (təhvil-təslim aktı, hesab faktura)
- Toxumların sifarişinin toplanması, əməkdaşlıq edilən şirkətlərə sifariş edilməsi və bölgələrə sifariş olunan məhsulların təhvil verilməsi
- Regionlar arası daxili daşımalara nəzarət
- Yeni müştərilərin axtarışı və cəlb olunması.
- Proyektlər üzrə iş.
- Rəqiblərin öyrənilməsi və şirkətin strateqiyasını işləyib hazırlanması.
- İşgüzar tədbirlərdə şirkətin təqdim olunması.
- İşgüzar görüşlərin təşkili və aparılması.
- Rəhbərliyə görülmüş işlər barədə həftəlik və aylıq hesabatı.
Tələblər:
- 25-45 yaş arası kişi namizədlər;
- Aqrar sahədə təhsil;
- Dillər : azərbaycan, rus dilləri (yüksək səviyyədə), ingilis dili (orta səviyyə)
- Ofis proqramlarını bilmək
- Satış sahəsində iş təcrübəsi 3 ildən az olmayaraq
Vakansiya ilə maraqlanan namizədlər öz CV-lərini Toxum Satışı üzrə Mütəxəssis qeyd etməklə hr@butagroup.com e- mail ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Satış Meneceri
Home School Satış meneceri üzrə vakansiya elan edir. Müştərilərlə işləmək qabiliyyəti olmalıdır. ...
Nəzarətçi-operator
Abşeron-Şərab ASC Nəzarətçi-operator vəzifəsi üzrə vakansiya elan edir. ...
500 — 600 ₼
SatıcıSuper Toys Satıcı vəzifəsi üzrə akansiya elan edir. Azərbaycan dilində sərbəst danışmalıdır. ...