Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Premium Transport MMC Tornaçı vəzifəsi üzrə vakansiya elan edir. Nahar yeməyi ilə təmin olunacaqdır.
Əmək haqqı : Əmək haqqı normaldır və müsahibə əsasında təyin ediləcək
İş yeri : Xırdalan şəhəri
Vəzifə öhdəlikləri:
- Karusel tipli torna dəzgahında xarici, daxili fasonlu, mürəkkəb profilli səthlərin, ölçmək üçün çətin əlçatan yerləri olan səthlərin diametr boyu silindrik və ya konusvari yonulması, lazım gəldikdə müxtəlif profilli yivlərin açılmasını;
- Çətin emal olunan yüksək leqirlənmiş və hərarətə davamlı materiallardan olan hissənin emalı üzrə göstərilən işlərin yerinə yetirilməsini;
- İstismar etdiyi dəzgahın kinematik sxemini, konstruksiyasını, iş prinsipini bilməli və lazım gəldikdə təmir edilməsini bilməli
- Torna dəzgahının quruluşunu, dəqiqliyə yonma qaydalarını, istifadə etdiyi tərtibatlarla davranma qaydalarını, nəzarət-ölçü, alət və cihazların quruluşunu, müsahidə və oturtma sistemini, ölçülərin yol verilən meyllənmələrini, emal etdiyi hissənin bərkliyini, kəski alətinin bərk xəlitəsinin növünü, kəskinin itilənmə qaydasını bilməlidir;
- Mexaniki emalın dəqiqlik və təmizlik dərəcələrini, nahamarlığın mexaniki emal yolu ilə aradan qaldırılma üsullarını;
- Dəzgahın cərəyanla qidalanması üçün gərginlik xətlərinin sxemini, elektrotexnika üzrə elementar tələbləri bilməlidir.
- Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına ciddi riayət etməli;
- Daxili Əmək İntizam Qaydalarına riayət etməli;
- Cavabdeh şəxs tərəfindən verilən şifahi və yazılı tapşırıqları yerinə yetirməli.
İş şəraiti:
- 6 günlük iş norması – 1 – 5 ci günlər 7 saat, 6 – cı günlər 5 saat
- Nahar yeməyi ilə təmin olunma
- Qanunvericiliyə uyğun sənədləşmə;
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini hr@premiumtransport.az elektron ünvanına (“Tornaçı” başlığı ilə) göndərməyini xahiş edirik.