Təhsil: Topoqrafiya, aqrokimya və torpaqşünaslıq, geodeziya, yerquruluşu və yaxud onlara ekvivalent üzrə ali təhsil diplomu
İş təcrübəsi: Topoqrafiya, aqrokimya və torpaqşünaslıq, geodeziya, yerquruluşu və yaxud onlara ekvivalent sahədə ən azı 3 illik iş təcrübəsi
Tələb olunan bilik və bacarıqlar:
- Kənd təsərrüfatı, torpaq məcəlləsi və ətraf mühitin mühafizəsi sahələrində yerli qanunvericilik aktları, qərarları, sərəncamları və digər normativ aktlar, hüquqi sənədlər, standartlar barədə biliyə malik olması;
- Topoqrafiq cihaz və alətlərdən inamlı istifadə;
- Proqramları, xüsusilə topoqrafik məsələlərlə əlaqədar ixtisaslaşmış proqramları dərindən bilmək;
- GPS-GNSS və digər topoqrafik cihaz və avadanlıqları ilə işləmək və çəkiliş bacarıqlarının olması;
- Elektron taxeometri və yeraltı kommunikasiyaların yerləşdiyi yeri və dərinliyi müəyyənləşdirmək üçün cihaz və digər vasitələrlə işləmək bacarığı;
- İlkin sahə (tarla) məlumatlarının / göstəricilərinin işlənməsi bacarıqları;
Vəzifə öhdəlikləri:
- Müxtəlif miqyaslı xəritələrin tərtib edilməsi, topoqrafiq və xüsusi xəritələrin (planların) hazırlanması, xəritə və sənədlərin sürətlərinin çıxarılması, çoxaldılmasının yerinə yetirilməsi;
- Kartoqrafiq işlərin dəqiqliklərini nizamlayan normativ sənədlərin və başqa normativ standartlar fondunun tətbiqi üzrə işlərin yerinə yetirilməsi;
- Xəritələrin tətbiqində və onların hazırlanmasında planın yerinə yetirilməsi haqqında məlumatların toplanması və səhmana salınması, vacibliyi lazım olan avadanlıqların qeydiyyatının aparılması;
- Xüsusi, dəqiq geodeziya avadanlıqları ilə çöl və kameral geodeziya işlərinin icrası, qravimetrik işlərin yerinə yetirilməsi;
- Xüsusi ölçmə işlərinin qurulması;
- Torpaq analizi üçün torpaq nümunələrinin götürülməsi;
- Torpaq nümunələrinin “Mobi lab” cihazı ilə təhlil edilməsi;
- Topoqrafiya xəritəsinin (planının) müxtəlif üsullarla yaradılması, çöl və kameral topoqrafiq planlama işlərinin aparılması;
- Ərazidə topoqrafiya və geodeziya işlərinin aparılmasına bələdçilik etmək.
Dil bacarıqları: Azərbaycan dili (səlis), İngilis dili (B2)
Komputer bacarıqları: MS Office, AutoCad, AutoCad Civil, ArGIS, ERDASS, Global Mapper, Google Earth, LEICA GSI, Cad Tools