Topoqraf
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AT-Geotech MMC Topoqraf vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər:

  • İxtisas üzrə ali təhsili;
  • İnşaat layihələrində ən azı 2 il təcrübə;
  • Müvafiq normativ-texniki sənədlərin tələblərini bilməli;
  • Geodeziya avadanlıqları, onların istismarı və saxlanma qaydalarını;
  • Geodeziya işlərinin təşkili və texnologiyasını;
  • İnşaat və geodeziya xətalarını (toleranslarını) təyin etməli;
  • Microsoft office, AutoCad və s. soft proqram bilikləri.
  • İnşaat obyektində yerinə yetiriləcək kompleks geodeziya işləri.
  • Layihələndirmə mərhələsi:
  • Topo-Plan (xəritə) tərtib olunması;
  • Geodeziya istinad şəbəkəsinin qurulması.
  • Mobilizasiya mərhələsi:
  1. Geodeziya istinad şəbəkəsinin qurulması ( inşaat üçün sıxlaşdırılması );
  2. Bina və qurğuların əsas inşaat oxlarının bölgü və nişanlanması;
  3. Katlavanın konturlarının bölgü və nişanlanması;
  4. Ərazində mühəndis hazırlıq işləri ( planirovka, yeraltı kommunikasiyalar və müvəqqəti yolların çəkilməsi və s. )

İnşaat mərhələsi:

  • Bina və qurğuların əsas inşaat oxlarının, onların konstruktiv elementlərin bölgü və nişanlanması;
  • Bina və qurğuların, mühəndis kommunikasiyaların yer-altı və yer üstü hissələrinin tikinti-quraşdıma işlərində xətti personala geodezik dəstəyin təmin edilməsi;
  • İnşaası başa çatmış elementlərin icra edici sxem və sənədlərinin tərtib oluması.
  • İnşaatın son mərhələsi:
  • İnşaat prosesində yerinə yetirilmiş geodeziya işlərinin nəticələri barədə texniki hesabatın tərtibi və təhvil verilməsi;
  • İcra edici Topoqrafik Baş-planın, icra , pofil və kəsiklərin tərtib olunması.

Ezamiyyətə hazır olmalıdır.

Yuxarıda qeyd etdiyim gözləntimizə uyğun namizədlərdən mövzu yerində “Topoqraf” qeyd edərək CV-lərini elektron ünvanına göndərmələri xahiş olunur.

Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan