Qısa məzmun
Aral Group MMC şirkəti Topograf vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri
- Layihələrin ilkin mərhələlərində, detallı axtarış və kəşfiyyat etmək, sahə analizləri aparmaq;
- Çöl ölçmə və kameral emal işlərin planlaşdırılması, normativ sənədlərin tətbiq olunması və onların tələblərinə riayət olunması;
- Podratçı və subpodratçı şirkətlərin geodeziya xidmətlərinin monitorinqinin aparılması (çöl işləri jurnalının doldurulması, vaxtı-vaxtında və keyfiyyətli icra çəkilişlərinin aparılması, açıq xəndəklərdə yeraltı kommunikasiyaların icra çəkilişlərinin aparılması, geodeziya icra sənədlərinin tərtib edilməsi, saxlanılması və əlaqədar qurumlara ötürülməsi);
- Mürəkkəb geodeziya işlərinin yerinə yetirilməsində iştirak etmək;
- Tikinti-quraşdırma işləri zamanı təhkim edilmiş personalın işinə seçmə üsulla nəzarət edir, aşkarlanmış nöqsanlar barədə layihəçi, rəhbərlik və digər texniki personala məlumat verməklə inşaat jurnalına qeyd edilməsini təmin etmək;
- İnşaatı tamamlanmış obyektlərin təhvilində iştirak etmək;
- Təhkim edilmiş köməkçi heyətin işlərinin təşkil və koordinasiya edilməsi;
- Zəruri hesabatların hazırlanmasını təmin etmək;
- Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və layihələndirmə prosesinə daxil olan bütün tərəflərlə sıx əməkdaşlıq etmək;
- Layihənin tender prosesinə (geodeziya ilə əlaqədar) texniki dəstək göstərmək, spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək.
Tələblər:
- Leica total station ts 06, ts 07, ts 09 seriali cihazlari işlətmə bacarığı
- Nivelir cihazı işlətmə bacarığı
- Ali təhsil: Geodeziya və xəritəçəkmə mühəndisliyi ixtisası üzrə ali təhsil
- İş təcrübəsi: Müvafiq sahə üzrə mülki tikintidə minimum 3 il iş təcrübəsi.
- Kompüter bacarıqları
Maraqlanan şəxslərdən CV – lərini vəzifə adı göstərilməklə email ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Texnoloq
Camal LTD şirkəti Texnoloq vəzifəsi üzrə vakansiya elan edir. ...
Texnoloq
Camal LTD şirkəti Texnoloq vəzifəsi üzrə vakansiya elan edir. ...
Fəhlə
İİnci Group Of Commpanies Fəhlə vəzifəsi üzrə vakansiya elan edir. ...
Elektrik
Hajigabul Poultry Farm Company Elektrik vəzifəsi üzrə vakansiya elan edir. ...