TOEFL və IELTS müəllimi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. StudyLab TOEFL və IELTS müəllimi vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Tədris materiallarını, gündəlik dərsləri planlaşdırır, tədris proqramlarının yerinə yetirilməsini və bütün tələbələrin onları baza səviyyəli tələblər əsasında mənimsəməsini təmin edir;
  • Tədrisi təhsil ehtiyacları, müasir texnologiya, metod və tələblərə uyğun şəkildə, tələbələrin fərdi və qrup bacarıq və nailiyyətlərini nəzərə almaqla təşkil edir;
  • Hər bölmənin sonunda formativ qiymətləndirmə apararaq tələbələrin öyrənmə səviyyəsini müəyyənləşdirir;
  • Təhsil mərkəzində sınaq imtahanlarının təşkili və tələbələrin iştirakını təmin edir;
  • Hər bir tələbənin ehtiyaclarını və tələblərini ayrıca öyrənir, onların hər biri üçün fərdi yanaşma müəyyən edir və bu istiqamətdə fəaliyyətini qurur;
  • Tələbələrin inkişafına mane olacaq əngəlləri araşdırır və onların aradan qaldırılması üçün tədbirlər görür;
  • Tədris və ünsiyyətdə çətinliyi olan tələbələrə xüsusi yanaşma müəyyənləşdirir və ehtiyac yarandıqda valideynləri və ya onları əvəz edən şəxslərlə müzakirəsini təşkil edir;
  • Öz fəaliyyəti ilə mərkəzin işlərinə daim töhfələr verir, nöqsanların ortaya çıxması və onların aradan qaldırılması, iş prosesinin təkmilləşdirilməsi üçün maraq göstərir;
  • Ehtiyac yarandıqda marketinq komandasına məhsul kommunikasiyası ilə bağlı yaradıcı fikirlər təqdim edir;
  • Ehtiyac yarandıqda satış komandasının tələbinə əsasən məhsul təsvirini təqdim edir;
  • Dərsdənkənar fəaliyyətləri və öhdəlikləri peşəkar və tələblərə uyğun şəkildə yerinə yetirir (valideynlər, rəhbərlik və heyətlə görüşlər və s.);

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil
  • IELTS/TOEFL tədrisində minimum 3 illik təcrübə
  • Minimum 8 IELTS balı, minimum 105 TOEFL balı
  • TEFL/TESOL/ CELTA kimi beynəlxalq sertifikatların olması üstünlükdür

Tələb olunan bilik və bacarıqlar:

  • Danışıqlar aparmaq, təşkilati və analitik bacarıqlar
  • MS Office proqramlarından istifadə etmə bacarığı
  • Peşəkar yazılı və şifahi ünsiyyət bacarığı
  • Gülərüz və pozitiv olmaq

Şərtlər:

  • Rahat yerdə yerləşən rahat ofis.
  • İş qrafiki fərdi qaydada müəyyən edilir.
  • İş qrafiki 6 gün, 1 gün (bazar) istirahət
  • İş şərtləri fərdi olaraq müzakirə olunur.
  • İş yeri : “StudyLab” Mərkəz Ofis / Ünvan: Cəlil Məmmədquluzadə 102A, City Point Baku

Müraciət qaydası: merkez@studylab.az elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını – “TOEFL və IELTS müəllimi” yazıb CV göndərməklə müraciət edilir. Yalnız ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

Son müraciət tarixi: 22 iyul 2021

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...