Tır sürücüsü
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 1000-1500 AZN. FoxExpress MMC Tır sürücüsü vəzifəsi üzrə vakansiya elan edir.

2018 – ci ildə fəaliyyətinə cəmi bir neçə yük maşını ilə başlayan FoxExpress hazırda Yükdaşıma və Logistika sahəsində ölkənin sürətlə inkişaf edən şirkətlərindən biridir. Bunun bariz göstəricisidir ki, şirkət yük daşıma ilə fəaliyyətə başlasa da hazırda bir çox kompleks xidmətləri – Yük daşıma, Evakuasiya, Usta, Fəhlə, Anbar və Təmizlik işlərini də həyata keçirir. Yaşının az olmasına baxmayaraq bir çox uğurlara imza atan FoxExpress Yükdaşıma və Logistika şirkəti sadəcə ölkə daxili deyil, beynəlxalq arenada da yüklərin daşınmasını planlayır.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə “FoxExpress” MMC-nin fəal üzvü kimi şirkətin yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

İş yeri: Bakı şəhəri, Yasamal rayonu, Qələbə dairəsi
İş vaxtı: 09:00-18:00

İŞİN TƏSVİRİ:

  • Yüklü və qoşqulu avtomobillərin (TİR) idarəedilməsi;
  • Yüklərin təyinat məntəqəsinə (Bakı daxili, bölgələrə və ölkə xarici şəhərlərə) təhlükəsiz, əskiksiz, sağlam şəkildə və müəyyən edilmiş vaxtlarda çatdırılması;
  • Ölkə xarici səfərlərə ezamla bağlı çətinliyin olmaması;
  • Nəqliyyat vasitəsinə lazımi qulluğun göstərilməsi və təmiz olmasının təmin edilməsi;
  • idarə etdiyi nəqliyyat vasitəsinin texniki sazlığına nəzarət edilməsi və ehtimal edilən hər bir texniki nasazlıq haqqında lazımi tədbirlərin görülməsi və həmin nasazlığın aradan qaldırılması

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

  • BCDE kateqoriyalı sürücülük vəsiqəsi olmalı;
  • Yol hərəkəti qaydalarını və yol xəritəsini yaxşı bilməli;
  • Ən az 3 il sürücülük təcrübəsi olmalı

Göstərilən tələblərə cavab verən namizədlər 09.04.2023 – ci il tarixinədək 055-500-94-47 nömrəsi ilə əlaqə saxlaya və ya öz CV – lərini hr@foxexpress.az ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq)

Oxşar vakansiya siyahısı:

500₼
Sürücü köməkçisi

İnci Group of Companies Sürücü köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

25.04.2024 - Bakı

500 — 1000 ₼
Sürücü

İnci Group of Companies Sürücü- vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

02.04.2024 - Bakı