Qısa məzmun
Alyans Tekstil MMC Tikiş sahəsi üzrə mexanik vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Tikiş maşınları və digər avadanlıqların təmiri, yaranmış nasazlıqların operativ şəkildə aradan qaldırılması;
- Sıradan çıxan ehtiyat hissələrin dəyişdirilməsi və yenisi ilə əvəz edilməsi;
- Təmir işləri üçün ehtiyat hissə bazası yaradılması;
- Avadanlıqlara davamlı olaraq texniki baxışın və xidmətlərin həyata keçirilməsi;
- Avadanlıqların texniki cəhətdən düzgün istismarına, onların saz vəziyyətdə, tələb olunan səviyyədə işləməsinə nəzarət;
- Yeni avadanlıqların quraşdırılması və yeni texnikaların mənimsənilməsi;
- Təmir işlərində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsi.
Namizədə tələblər:
- Texniki sahə üzrə ən orta-ixtisas təhsili;
- Tikiş sahəsi üzrə mexanik olaraq ən az 5 il iş təcrübəsi.
- Avtomat JUKI maşınlarının təmirini bacaran ustalar
İş şərtləri:
- İş yeri: Sumqayıt şəhəri, Sülh küçəsi, 76-cı məhəllə
- Əmək haqqı: müsahibə əsasında müəyyən olunacaq.
- Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur.