Qısa məzmun
Finivo Project Tikintidə sahə rəisi vəzifəsi üzrə vakansiya elan edir. Gözüaçıq, ehtiyatlı, ciddi və məsuliyyətli olmalıdır.
İşin təsviri:
- Tikinti sahəsində inşaat işlərinə, prseslərə və texniki xidmət işlərinə nəzarət edir;
- Lahiyənin iş prqramına uyğun olaraq öhdəliyə götürülmüş inşaat istehsalını vaxtında, nöqsansız və müəyyən olunmuş keyfiyyətə uyğun olaraq icra edir;
- Tikinti işlərinin plana uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırılmasına nəzarət edir;
- Material, işçi və işçi heyəti və podratçının ehtiyaclarını əvvəlcədən müəyyən edərək texniki fois rəhbərinə bildirir və onlardan səmərəli istifadə olunmasını təmin edir;
- Porblemləri aradan qaldırır, dəyişiklikləri planlaşdırır və idarə edir;
- Tabeliyində olan işçi heyətinə rəhbərlik edir;
- Mövcud standartlara əsasən keyfiyyətə təminat verir;
- Görülmüş işlər barədə rəhbərliyə və aidiyyatı komanda üzvlərinə gündəlik hesabat verir;
- Tamamlanmış işlərin şifarişçiyə tam və ya hissə-hissə təhvil verilməsinə nəzarət edir.
İş şəraiti:
- Əmək haqqı: razılaşma yolu ilə;
- AR qanunvericiliyinə əsasən sənədləşmə;
- İş saatlari: 09:00-18:00;
- İş yeri: tikinti və təmir işlərinin getdiyi sahələr.
Namizədə dair tələblər:
- Cinsi: kişi;
- Təhsil: mülki inşaat, inşaat mühəndisliyi sahələri üzrə ali təhsil;
- İş təcrübəsi: inşaat və tikintinin təmiri sahəsi üzrə minimum 5 il;
- Yaş həddi: 30-55;
- Tikinti istehsalatının təşkili və texnologiyasını, tikilməli obyektlərin layihə-smeta sənədlərini, tikinti norma və qaydalarını bilməli;
- Tikinti quraşdırma işlərinin aparılması və qəbuluna qoyulan texniki şərtlər barədə məlumatlı olmalı;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarına bələd olmalı;
- Fiziki cəhətdən sağlam olmalı;
- Gözüaçıq, ehtiyatlı, ciddi və məsuliyyətli olmalı;
- Rəhbərliyin tapşırıqlarını vaxtında yerinə yetirməli.