Qısa məzmun
Araz Supermarket Tikinti xərclərinə nəzarət mühəndisi vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə 2 il və daha artıq iş təcrübəsi;
- Məsuliyyətlilik, operativlik, dəqiqlik, komanda ilə işləyə bilmə bacarığı.
- MS Office (Word, Excel, PowerPoint, Outlook), AutoCAD
Vəzifə öhdəlikləri:
- Layihələrin smetalarını tərtib etmək
- Layihə işlərini aparan fiziki və hüquqi şəxslərlə mütəmadi əlaqə saxlayaraq işlərin icrasına nəzarəti həyata keçirmək
- Layihədən kənarlaşmaları, qüsurları və digər problemləri vaxtında aşkarlamaq və düzəliş edilməsini həyata keçirmək
- İstifadə olunan tikinti materialları ilə bağlı keyfiyyət və qiymət araşdırmalarını həyata keçirmək
- Təhvil-təslim aktlarının qəbul edilməsilə bağlı bütün fəaliyyətləri həyata keçirmək
- İcraçıların sifarişçi tərəfindən ehtiyac və istəklərini aidiyyəti bölmələrə çatdırılmasını həyata keçirmək
- İşin icrası başa çatandan sonra bütün icraçılardan işin təhvil-təslim aktı ilə qəbul olunmasını tələb etmək
- İşin icrası zamanı ləngimələr müşahidə olunduqda səbəblərini araşdırıb birbaşa rəhbərə məlumat vermək
- İş fəaliyyətinə uyğun olaraq birbaşa rəhbəri tərəfindən bildirilən digər tapşırıqları vaxtında və düzgün şəkildə yerinə yetirmək
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki;
- Servis xidməti.
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Tikinti xərclərinə nəzarət mühəndisi” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər
Mənbə: jobsearch.az