Qısa məzmun
Ə/h razılaşma yolu ilə. UNICO Tikinti üzrə qrup rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.Müvafiq sahədə ən az 5 il təcrübə olmalıdır.
Vəzifə və öhdəliklər:
- Tikinti işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə, texnoloji xəritələrə, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil etmək;
- İş proqramına uyğun olaraq, öhdəliyə götürülmüş inşaat layihəsini vaxtında, nöqsansız və müəyyən olunmuş keyfiyyətə uyğun olaraq icra etmək və layihənin əvvəldən axıra kimi koordinasiyasını təmin etmək;
- Tikinti obyektləri üçün lazımi sənədlərin alınmasını təmin etmək;
- Material, işçi heyəti və podratçı ehtiyaclarını əvvəlcədən müəyyən etmək;
- Günlük və aylıq məruzələr hazırlamaq;
- Xərclər barədə məlumatları müəyyən olunmuş formalarda saxlamaq;
- Tikinti sahəsində daşınma işlərini həyata keçirmək;
- Tərtib edilmiş layihələri yoxlayaraq, tikinti işlərinə sürət və maliyyə baxımından təsir göstərəcək mövzularda tövsiyələr hazırlamaq;
- Qurulacaq əsas iş prosesinə uyğun təlimatlar hazırlamaq;
Vakansiya ilə bağlı tələblər:
- Ali texniki təhsil
- Müvafiq sahədə ən az 5 il təcrübə
- Dil bilikləri:azərbaycan,rus və ingilis.
- Məsuliyyət və dəqiqlik
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarına yaxşı bələd olmaq
Şərtlər:
- AR Əmək Qanunvericiliyə üyğun rəsmi qeydiyyat
- Əmək haqqı kartla
- Tibbi sığorta
- Şirkət hesabına nahar
- İş vaxtı: 5 gün, 09:00-dan 18:00-dək, şənbə günü 10:00-dan 15:00-dək
- Bazar günü istirahət günüdür
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Tikinti üzrə qrup rəhbəri” yazaraq Zenfira.Bagirova@unico.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Oxşar vakansiya siyahısı:
Camal LTD şirkəti Qida sahəsi üzrə mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Camal LTD şirkəti Qida sahəsi üzrə mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
"Aznet Technologies” QSC Telekommunikasiya şirkətinə Layihəçi mühəndis tələb olunur. ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis ( Hacıqabul) vəzifəsi üzrə vakansiya elan edir ...