Tikinti üzrə iş icraçısı
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 1000 AZN. Konsept Holding Tikinti üzrə iş icraçısı vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan və rus dilində danışa bilməlidir.

Tələblər:

  • Ali təhsil (Sənaye və mülki tikinti)
  • Tikinti layihələrində ən az 3 illik təcrübə
  • Microsoft Office(Outlook, Word, Excel), Autocad proqramlarında işləmə bacarığı
  • Məsuliyyətli, dəqiq və peşakar
  • Dil bilikləri: Azərbaycan və rus dilində danışa bilməli
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməli

Vəzifələr:

  • Sahənin istehsal təsərrüfat fəaliyyətinə rəhbərlik edir
  • Müəyyən edilmiş vaxt ərzində obyektlərin verilməsi planını və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini, layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin edir.
  • İşin mexanikləşdirilməsi səviyyəsinin yüksəldilməsini, yeni texnikanın tətbiqini, əməyin təşkilinin təkmilləşdirilməsini, tikinti quraşdırma işlərinin maya dəyərinin aşağı salınmasını, materialların qənaətlə işlədilməsi üçün tədbirləri həyata keçirir
  • Əməyin qabaqcıl üsul və metodlarının yayılması üzrə iş aparır
  • Görülmüş işlərin uçotunu aparır, texniki sənədləşməni tərtib edir
  • Sifarişçilərin tamamlanmış tikinti obyektləri üzrə komplekslərin və ayrı-ayrı hissələrin təhvil verilməsində iştirak edir
  • Qorunan (mühafizə olunan) sahələrdə işlərin görülməsinə verilən icazəni rəsmiləşdirir
  • Ustalar üçün tikinti-quraşdırma işlərinin həcmi üzrə istehsalat tapşırıqlarını müəyyən edir, onların yerinə yetirilməsinə nəzarət edir
  • Təhlükəsiz metodlarla işləmək üçün bilavasitə iş yerlərində fəhlələrə təlimat verir
  • Texnoloji avadanlıqlardan (nərdivanlar, körpülər, müdafiə ləvazimatı, və s. qurğular), enerji qurğularından, nəqliyyat vasitələri və işçiləri qoruma vasitələrindən istifadəni təmin edir
  • Ağırlığın qaldırılması normalarına, iş yerlərində, keçid və giriş yollarında səliqə və qaydaya, kranaltı yolların düzgün saxlanılması və istismar olunmasına, iş yerlərinin təhlükəsizlik işarələri ilə təmin olunmasına riayət etməyə nəzarət edir
  • Obyektdə anbar təsərrüfatı və maddi sərvətlərin qorunmasını təşkil edir
  • Təhlükəsizlik texnikasının vəziyyətini yoxlayır və aşkar edilmiş qüsurların aradan qaldırılmasını, istehsalat sanitariyası qaydalarının pozulmaması, işçilər tərəfindən əmək mühafizəsi təlimatına riayət edilməsi üçün tədbirlər görür
  • İşçilərin istehsal və əmək intizamına riayət etmələrini təmin edir

İş şəraiti:

  • İş qrafiki: 6 gün, 2 növbəli
    Əlaqələndirici şəxs : Ayişa Quliyeva
    Elektron ünvan: ayishaguliyeva@konseptholding.az

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı