Tikinti təmir işləri üzrə nəzarətçi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. AF Holding Tikinti təmir işləri üzrə nəzarətçi vəzifəsi üzrə vakansiya elan edir. Tikilən obyektlərin layihə-smeta sənədlərinin biliyi olmalıdır.

Namizədə tələblər

  • Ali təhsil (Memarlıq və İnşaat Universiteti) arzuolunandır
  • Müvafiq sahədə 5 – 10 ildən az olmayaraq iş təcrübəsi
  • Yaş həddi 40 – 65
  • Tikilən obyektlərin layihə-smeta sənədlərinin biliyi
  • Tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin icrasına və qəbuluna aid norma və qaydaları, texniki şərtlərin biliyi
  • Kompüter bilikləri (Autocad)
  • Ünsiyyət və idarəetmə bacarığı, gərginliyə davamlılıq

Vəzifələr:

  • Sahədə təmir işlərinin icrasına nəzarət
  • Təmir-tikinti işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texnik şərtlərə, texnoloji xəritələr, və digər normativ sənədlərə uyğun təşkili
  • Sahədə təmir və quraşdırma işlərinin texnoloji ardıcıllıqla aparılmasına nəzarət
  • Maddi dəyərlərin oğurluğu və talanmasına və müəssisənin zərər çəkməsinə yol verməmək
  • Rəhbərliklə mütəmadi əlaqə qurmaq və gündəlik məlumat vermək
  • Tikintidə görüləcək təmir işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək.
  • Obyektdə işləyən işçi briqadalarının işlərinə nəzarət etmək, onların tapşırıqlarını müəyyənləşdirmək.
  • Obyektdə ölçü işlərinin həyata keçirilməsini təmin etmək.
  • Materialların və məmulatların qəbul olunmasını və onların yerləşdirilməsini, qeydə alınması və təhlükəsizliyini təşkil etmək.
  • Sifarişçinin göstərdiyi digər öhdəlikləri yerinə yetirmək.
  • İşin keyfiyyətinə nəzarət etmək

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
İş yeri Moskva şəhəri.

CV-ri hr@afholding.com ünvanına göndərin.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı