Tikinti departamentinin rəisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Yaquboff Construction Ltd Tikinti departamentinin rəisi vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə məlumat:

  • Tikinti-quraşdırma işlərinə nəzarət
  • Tikinti-quraşdırma işlərinin müddətlərinə uyğunluğa və keyfiyyətə nəzarət
  • Layihede istirak edən subpodratcilarla işləmək və onların işinin istiqamətlendirilməsi
  • Yoxlama işləri zamanı hər hansı bir səbəbdən baş vermiş çatışmamazliqlar barədə rəhbərliyə məlumat vermək
  • Tikinti sahəsində inşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarət etmək
  • Tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırılmasına nəzarət etmək
  • Problemlərə dərhal müdaxilə edərək aradan qaldırmaq, dəyişiklikləri birbaşa rəhbərliyi ilə planlaşdırmaq və idarə etmək
  • Tabeciliyində olan işçi heyətinə rəhbərlik etmək
  • Texniki problemləri aşkar etmək məqsədi ilə texnoloji ardıcıllığı, ətraf mühit şəraitini araşdırmaq və layihənin potensial təsirini qiymətləndirmək
  • Texniki işçilərə və menecerlərə dizayn, tikinti və ya proqramın dəyişdirilməsi və quraşdırma-təmir işləri ilə bağlı texniki məsləhətlər vermək
  • Verilmiş müddət ərzində görülməli işlərin bölgüsünü aparmaq və qrafik tərtib etmək
  • Razılaşdırılmış qrafik və plan ilə müqayisədə əldə edilən nəticələri qiymətləndirmək, qeydə almaq və təqdim etmək məqsədi ilə layihə-idarəetmə mexanizmləri həyata keçirmək
  • Daha ətraflı müsahibə zamanı məlumat veriləcək
  • İş rejimi həftənin 6 günü saat 09:00-dan18:00-dək

Namizədə tələblər:

  • Müvafiq sahədə ali texniki təhsil
  • Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi
  • Sərbəst kompyuter istifadəçisi
  • Microsoft Office və AutoCad kompyuter proqramlarını və Texniki-mühəndis sənədlərini (çizgilər, texniki şərtlər, xüsusiyyətlər və s.) bilmək
  • Təşkilati və analitik bacarıqlar
  • Ünsiyyət və təşkilati bacarıq
  • Problemi qısa zaman çərçivəsində həll edə bilmə və analiz etmə bacarığı
  • Daima Qarabağ bölgəsində ezamiyyətdə olmalı
  • Maraqlanan şəxslər şəkilli cv-lərini “Tikinti Departamentinin rəisi” başlığı altında info@yaquboffconstruction.az ünvanına göndərə bilərlər

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...