Tikinti Müdiri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azconstruction QSC Tikinti Müdiri vəzifəsi üzrə vakansiya elan edir. Dil bilikləri :İngilis dili, Rus dili (əla səviyyədə) olmaldır.

Əmək funksiyası:

  • Layihələrin sahədəki tikinti fəaliyyətinə rəhbərliyi həyata keçirmək,
  • Tikinti fəaliyyətinin layihəyə və texniki spesifikasiyalara uyğun həyata keçirilməsini təmin etmək,
  • Tabeçiliyində olan işçi heyətini və subpodrat şirkət heyətini layihə hədəfi doğrultusunda idarə etmək, Müəyyən edilmiş vaxt ərzində obyektlərin təhvil verilməsi planını və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini, layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin etmək,
  • Şirkət və subpodrat tərəfindən aylıq görülən işlər barədə Forma 2-lərin düzgün hazırlanmasını təmin etmək, Obyektlərin inşaası üçün texniki sənədləşmənin əldə edilməsini təmin etmək, Tikinti maşınları, nəqliyyat və mexaniki vasitələrin, materiallar, konstruksiyalar, detallar (hissələr), alətlər, inventar və s. əldə edilməsi üçün sifarişlər hazırlanmasına nəzarət və onlardan səmərəli istifadə olunmasını təmin etmək. İşin mexanikləşdirilməsi səviyyəsinin yüksəldilməsini, yeni texnikanın tətbiqini, əməyin təşkilinin təkmilləşdirilməsini, tikinti quraşdırma işlərinin maya dəyərinin aşağı salınmasını, materialların qənaətlə işlədilməsi üçün tədbirləri həyata keçmək, Əməyin qabaqcıl üsul və metodlarının yayılması üzrə iş aparmaq, Görülmüş işlərin uçotunu aparmaq, texniki sənədləşməni tərtib etmək, Ustalar üçün tikinti-quraşdırma işlərinin həcmi üzrə istehsalat tapşırıqlarını müəyyən etmək, onların yerinə yetirilməsinə nəzarət etmək, Sifarişçilərin tamamlanmış tikinti obyektləri üzrə komplekslərin və ayrı-ayrı hissələrin təhvil verilməsində iştirak etmək,
  • Sahəni həmişə nəzarətdə saxlamaq, o cümlədən tikinti işləri ilə, heyətlə, layihə dəyişikliyi ilə bağlı problemlərinin aradan qaldırılmasını vaxtında və effektiv formada, müstəri məmnuniyyəti və keyfiyyət planına uyğun həyata keçirmək, Texnoloji avadanlıqlardan (nərdivanlar, körpülər, müdafiə ləvazimatı, və s. qurğular), enerji qurğularından, nəqliyyat vasitələri və işçiləri qoruma vasitələrindən istifadəni təminetmək, Ağırlığın qaldırılması normalarına, iş yerlərində, keçid və giriş yollarında səliqə və qaydaya, kranaltı yolların düzgün saxlanılması və istismar olunmasına, iş yerlərinin təhlükəsizlik işarələri ilə təmin olunmasına riayət etməyə nəzarət etmək, İşçi layihələri oxumaq, layihədə olan konstruktiv və texnoloji xətaları aşkar etmək,
  • Şirkət mərkəzi ofisi və şöbələri ilə effektiv koordinasiyalı işləmək,
  • Rəhbəri olduğu sahədə təhlükəsiz iş şəraitinin qurulmasını və davamlılığını təmin etmək.

İlkin tələblər:

  • İnşaat və ya Tikinti mühəndisliyi üzrə ali təhsil,
  • Sənaye tipli layihələrin tikintisində ,o cümlədən minimum 3-5 il idarəçilik təcrübəsi,
  • Tikinti fəaliyyətinə dair müvafiq əsasnamə, qayda, qanun və digər normativləri bilmə,
  • Microsoft Office (Outlook, Word, Excel) proqramlarında işləmə bacarığı.
  • Dil bilikləri : İngilis dili, Rus dili (əla səviyyədə)
  • Nahar şirkət tərəfindən verilir.
  • Əmək haqqı namizədin bilik bacarığına əsasən təyin olunacaq.
  • AR Əmək məcəlləsinə uyğun olaraq əmək müqaviləsi bağlanılır.

 

Oxşar vakansiya siyahısı:

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı