Ticari Marketoloq
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

“AGRO-VEST DC ” MMC  Ticari Marketoloq  vəzifəsi üzrə vakansiya elan edir.

Namizədə olan tələblər:

  •   Təhsil ; Ali
  •   Yaş; 25- 40
  •   Cins;Bəy
  •   Dil Bilikləri;Azərbaycan dili səlis,Rus dili üstünlükdür
  •   Kompüter bilikləri;MS Office ( excel əla səviyyədə)
  •   İş Təcrübəsi; Sahə üzrə min 1 il
  •   Avtomobil mütləq olmalıdır
  •  Ezamiyyətə gedə bilməli

 Tələb olunan fərdi və funksional keyfiyyət meyarları

  • Yüksək səviyyədə ünsiyyət və təqdimat bacarığı
  • Liderlik bacarıqları ilə yanaşı strategiya qurmaq bacarığı
  • Komanda işi
  • Vaxtın idarə edilməsi
  • Analtik düşüncə
  • Nəticəyönümlülük

Vəzifə Öhdəlikləri

  • Bazar araşdırması,rəqib fəaliyyəti ,bazar tendensiyasına və cavabdeh olduğu
  • kateqoriyanın markaları üzrə müvafiq məlumat bazası əldə etməklə təhlillər
  • aparırır.Təhlillərə – markanın cari ay,il,rüb üzrə,həmçinin keçən illərə nisbətənsatış kanalları üzrə satış rəqəmləri,əhatə gerçəkləşməsi,organik və aksiyalı satışlar,satış kanallarına uyğun aksiya xərcləri,əldə olunmuş bazar payları və s. aiddir.
  • Satış kanalları üzrə markanın satışını ,əhatə faizini,organik və aksiyalı satışı analiz edərək,aksiya xərcini müəyyən edir, xərcə uyğun hədəf satış və əhatə
  • planı müəyyən edərək ticari marketinq aksiyalarını tərtib edir.Ticari Marketoloq aksiya üçün ayrılmış büdcəyə görə hədəf dövriyyəni təmin etməyə öhdəlik götürür.
  • Aksiya xərcini satış kanallarına və hədəflənmiş bazar payına uyğun bölgünü təmin edir və Şöbə müdirinə təsdiqlədir.
  • Aksiyaların effektivlik göstəricilərinə əsasən Şöbə müdirinə hesabat verir.
  • Mövcud aksiyaları satış Komandasına izah edir,aksiyaların BM-lər və Regionlar üzrə tətbiqini təmin edir.
  • Ticari Marketoloqlar satış kanalları ilə paralel Satış Nümayəndəsi,Satış nöqtəsi,Alıcı və son tükətici yönümlü aksiya-tədbirlər paketini hazırlayır.
  • Ticari Marketinq Meneceri kateqoriyanın və ya markanın həyat tsiklinə uyğun fəaliyyət planın hazırlanmasında kateqoriya müdiri ilə birgə işləmək.
  • Ticari Marketoloq çek-list qaydalarını təyin edir.
  • Ticari Marketoloq şirkətə məxsus pos-materialların kəmiyyətini müəyyən edir, stendlər,rəf başı və s. üçün ödənilən məbləğlər qarşılığında hədəflənmiş satışı
  • analiz edir,rentabelliyə uyğun gələcək üçün davamlılığı qərarını verir.
  • Satış Nöqtələri daxilində stendlərin və sair reklam vasitələrinin (çöl reklamı,daxildə vurulan reklam lövhələri və s) yerləşdirilməsinə icazə verir.
  • Aksiyaların effektivlik göstəricilərinə əsasən Şöbə müdirinə hesabat verir.

İş Şəraiti:

  • İş qrafiki: Həftə içi 5 gün;
  • İş saatı: 08:00 – 17:00;
  • Əmək haqqı: Müsahbə əsasında təyin olunacaq;
  • Ünvan: Bakıxanov qəs. B.Bünyadov küç 

Maraqlanan Namizədlər CV formalarını mövzu yerinə “Ticari Marketoloq” yazaraq hr@agrowestdc.az ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

500 — 700 ₼
Kontent Menecer

“Genc Media” şirkətinə "Kontent Menecer" tələb edilir. ...

Genc Media

06.07.2024 - Bakı

600₼
Marketinq üzrə kiçik mütəxəssis

Agrowest Marketinq üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Agro-West DC LLC

28.06.2024 - Bakı