Ticari marketinq meneceri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Sirab ASC Ticari marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. Rus dili və İngilis dili biliyi üstünlükdür.

Əsas tələblər:

  • Minimum təhsil dərəcəsi: Bakalavriat
  • Kompüter bilikləri: Microsoft Office – əla;
  • Dil bilikləri: İngilis – yaxşı, Rus – yaxşı;
  • Təcrübə: Ticari marketinq sahəsində ən azı 3 il, Marketinq sahəsində ümumi 5 il iş təcrübəsi;
    Marketinq sahəsi üzrə əsas biliklər;
  • Datanı təhlil etmək, təhlil nəticəsində problemləri müəyyənləşdirmək və onların həll yollarını müəyyən etmək;
  • Pərkandə bazarı və xüsusi ilə su və içki sektoru üzrə bilklər;
  • Satış nöqtələrində istehlakçı yönümlü tətbiqetmələr, promosiya fəaliyyətləri, reklam və pop yerləşdirmə, qiymətləndirmə, araşdırma kimi mövzularında bilik və təcrübə;
  • Ticarət tərəfdaşlığının inkişaf etdirilməsi yönündə danışıq bacarıqları;
  • Yüksək səviyyədə təşkilatçılıq və planlaşdırma bacarığı.

Fərdi keyfiyyət göstəriciləri:

  • Komanda üzvlərinin inkişaf və motivasiyasına müsbət təsir göstərəcək liderlik və idarəetmə bacarıqları;
  • Aydın və inandırıcı ünsiyyət qurma bacarığı;
  • Strateji və taktiki vizyona sahib olmaq;
  • İşini sevmə və sürətli iş tempinə asanlıqla uyğunlaşa bilən.

Digər tələb və üstünlük göstəriciləri:

  • Marketinq sahəsi üzrə beynəlxalq və ya yerli sertifikat;
  • Su və içki sektoru üzrə təcrübə.

İş barədə:

  • Strateji inkişaf, planlaşdırma və icraetmə üzrə:
  • Marketinq və satış büdcəsi çərçivəsində illik ticari marketinq fəaliyyəti planının və büdcəsinin hazırlanması;
  • Ticari marketinq fəaliyyətinin idarə edilməsi;
  • Marka və satış strategiyalarını yaratmaq məqsədi ilə marketinq və satış komandası ilə sıx əlaqə yaradaraq fəaliyyətlərin təşkili;
  • Marka strategiyalarına uyğun promosiya və kampaniyalar təklif etmək;
  • Bazar araşdırmaları etmək;
  • Müştəri ilə sıx əlaqə yaratmaq və ehtiyaclarının müəyyən edilməsi;
  • Ölkə iqtisadiyyatın, bazardakı trendlərin və rəqib fəaliyyətlərinin yaxından izlənilməsi;
  • Pərakəndə satış nöqtələri üçün marketinq strategiyalarının inkişaf etdirilməsi;
  • Şirkətin marketinq hədəflərinə uyğun penetrasiyanın təmin edilməsi və bu məqsədlə satış ediləcək nöqtələrin müəyyənləşdirilməsi;
  • Ticari marketinq xərclərinin planlaşdırılması, sistematik proseslərin icrası və büdcənin təqib edilməsi;
  • Bazar tendensiyaları və imkanlarını izləmək, bazar payını artırmaq üçün layihə təklifləri hazırlamaq;
  • Fəaliyyət planlarının sahədə ən təsirli şəkildə həyata keçirilməsini təmin etmək üçün bölgə müdirləri ilə daim çalışılması;
  • Dağıtım, sərgiləmə, rəf, mağazadakı fəaliyyət planlarının yaradılması və onların ən effektiv şəkildə həyata keçirilməsi üçün yoxlama (checklist) sisteminin qurulması və təqib edilməsi.
  • Təhlil və hesabat üzrə:
  • Satış kanallarının səmərəliliyinin araşdırılması və planlaşdırılması;
  • Aylıq, rüblük, altı aylıq məhsul/kanal satış müqayisələrinin aparılması və bu məlumatların müvafiq şöbələrlə bölüşdürülməsi, inkişaf üçün tədbirlər görülməsi;
  • Rəqibləri araşdırmaq və təhlil etmək, lazımi hesabatları rəhbərliyə təqdim etmək;
  • Qiymətlərin yerləşdirilməsi baxımından rəqib qiymətlərini təhlil edərək, rəqabətli qiymət strukturunun yaradılması;
  • Bazar məlumatlarının təhlil edilməsi;
  • Bütün sahə üzrə fəaliyyətlərin planlaşdırılması, fəaliyyətlərin icrasının təqibi və nəticə üzrə təhlillərin aparılması;

İş vaxtının norması:

  • 09:00-18:00 / 5 günlük iş həftəsi

Vəzifə üzrə əmək haqqı:

  • Namizədin bilik və bacarığına uyğun olaraq

Müraciət forması:

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Ticari marketinq meneceri” yazmaqla cv@sirab.az mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Babək “Sirab” ASC haqqında:

“Sirab” mineral su yatağından sənaye məqsədilə istifadəyə XX əsrin 50-ci illərindən başlanmışdır. İlk dəfə olaraq yatağın su ehtiyatları hesablanmış və 1968-ci ildə Moskvanın Dövlət Ehtiyatlar Komissiyasında təsdiq edilmişdir. Aşkar olan mineral suların bazası əsasında 1968-ci ildə Azərbaycanda ən böyük mineral sudoldurma zavodu istifadəyə verilmişdir. Sovet İttifaqı dağıldıqdan bir müddət sonra Ümummilli dahi liderimiz Heydər Əliyev cənablarının Azərbaycan Respublikasında sahibkarlığa göstərdiyi qayğının nəticəsində 2003-cü ildə “Sirab” mineral sular zavodu Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Babək “Sirab” ASC bir sıra Avropa, Rusiya və Türkiyə firmaları ilə əlaqə yaradaraq yeni müasir avadanlıqlar almışdır.

Daha ətraflı..
https://www.sirab.az/haqqinda.aspx

Oxşar vakansiya siyahısı:

500 — 1000 ₼
Sürücü

İnci Group of Companies Sürücü- vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

02.04.2024 - Bakı

535₼
Sürücü

Sağlam Ailə” tibb mərkəzi “Sürücü” vakansiyası elan edir. ...

Sağlam Ailə

30.03.2024 - Bakı