Qısa məzmun
Ə/h razılaşma yolu ilə. PAŞA Sığorta Tibbi xidmətlər şöbəsində assistent vəzifəsi üzrə vakansiya elan edir. Sığorta sahəsində 1 il təcrübə arzuolunandır.
Vəzifə və Öhdəliklər:
- İş günü ərzində sığorta hadisələri ilə bağlı müraciətlərin müvafiq tibb müəssisələrinə yönləndirilməsi
- Ehtiyac yarandığı hallarda və ya birbaşa rəhbərin göstərişi ilə müştərilərdən gələn zənglərin cavablandırılması, sual və sorğuların cavablandırılması, şikayətlərin həll edilməsi və məsləhətlərin verilməsi
- Sığorta olunan şəxslərin maraqlarının müdafiəsi məqsədilə tibb müəssisələrinin sığorta şöbələrinin nümayəndələri və müalicə həkimləri ilə bilavasitə danışıqların aparılması;
- Tibbi sığorta üzrə baş vermiş sığorta hadisələrinin ilkin tənzimlənməsi üzrə işlərin aparılması, sığorta olunanların müraciət faktları ilə bağlı tibb müəssisələrindən daxil olan məlumatların ProTech Sisteminə daxil edilməsi;
- Tibbi sığorta üzrə sənəd bazasının yaradılması və daimi yenilənməsi işində rəhbərliyə dəstək;
- Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.
BİLİKLƏR:
- Ali tibb təhsili;
- Komyuter bilikləri: Microsoft Office proqram təminatı paketi üzrə əsas biliklər;
- Dil bilikləri: Azərbaycan və rus dillərini sərbəst bilmək, ingilis dili arzu olunandır.
TƏCRÜBƏ:
- Tibbi sığorta sahəsində və ya müvafiq səhiyyə sahəsində ən azı 1 il iş təcrübəsi arzuolunandır.
BACARIQLAR:
- Ünsiyyət qurmaq bacarığı;
- Qeyri standart vəziyyətə cəld reaksiya vermək.
Son müraciət tarixi: 20 fevral, 2020.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.
Oxşar vakansiya siyahısı:
Mühasib
Pro Con İzo Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
1200 — 1500 ₼
Maliyyə mütəxəssisiSuper Toys Maliyyə mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...