Tibbi nümayəndə (xanım)
vakansiya — 2026

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Bioderma Tibbi nümayəndə (xanım) vəzifəsi üzrə vakansiya elan edir.

İşin təsviri və tələblər:

Xəzinəmed MMC şirkəti  Azərbaycanda rəsmi olaraq Bioderma, Institut Esthederm və Etat Pur brendlərinin distirutorudur.  BIODERMA,ESTHEDERM, ETAT PUR dünya dermatoloqları tərəfindən ən çox məsləhət görülən brendlerdlərdir. Dünyanın 130-dan çox ölkəsində satılan bu brendlər Azərbaycan bazarındakı payını  dünya bazarına paralel olaraq genişləndirməyə davam edir. Böyüyən komandamıza  təcrübəli Tibbi satış nümayəndəsi axtarışındayıq.

  • Dermatoloq, Pediatr, Allerqoloq,Həkim Kosmetoloq və Kosmetolologiya sektorunda  ən az 3 il iş təcrübəsi olan,
  • Həkimlərlə və/ və ya estetik mərkəzlərlə aktiv işləməyi bacaran,
  • Ali təhsilli, Azərbaycan və Rus dillərini səlis, İngilis dilini və Türk dilini ən az orta səviyyədə bilən,
  • Sürücü vəsiqəsi olan və fəal avtomobil sürməyi bacaran,
  • Həkimlərlə sıx və yüksək səviyyəli münasibət qura bilən,
  • Səyahət edə bilən (Bakı və digər şəhərlərdə dermatoloq ziyarəti edən),
  • Hərəkətli iş rejimində işləməyi bacaran

Vəzifələr:

  • Cavabdeh olduğu xəstəxana və klinikalarda – Həkimləri müntəzəm ziyarət etmək və firma məhsullarının reseptlə yazılmasını təmin etmək,
  • Məhsulların estetik mərkəzlərdə və ya klinikalarda satışına nəzarət etmək,
  • Bazarın, rəqiblərin araşdırılması və tələbatın müəyyənləşdirilməsi,
  • Rəhbərliyin tapşırıqlarının vaxtında və dəqiq yerinə yetirilməsi,
  • Həkim bazasının formalaşdırmaq və müntəzəm olaraq yeniləmək,
  • Rəqib analizi aparmaq,
  • İndividual fəaliyyət planını həyata keçirmək,
  • Seminar və təqdimatlar təşkil etmək və keçirmək,
  • Gündəlik iş hesabatlarını rəhbərliyə vaxtında və tam şəkildə təqdim etmək.

Qeyd: 2 Tibbi Nümayəndə işə alınacaqdır:

  • Dermatoloq, Həkim kosmetoloq, Kosmetoloq və Estetik mərkəzlərlə işləməyi bacaran və bazası olan.
  • Pediatr və Allerqoloqlarla işləməyi bacaran və bazası olan.

İş qrafiki:

  • 5 günlük iş norması (bazar istirahət günü)
  • İş vaxtı : 09:00 – 18:00
  • Əmək haqqı üzbəüz danışıqlara əsasən qərarlaşdırılacaq.
  • Vakansiyayla maraqlanan şəxslərin şəkilli CV-lərini mövzu bölməsinə “TİBBİ NÜMAYƏNDƏ” yazaraq göndərmələri xahiş olunur.
  • Qeyd : Təcrübəsiz şəxslərin müraciətləri nəzərə alınmayacaqdır. Sadəcə qadın namizədlərin CV ləri diqqətə alınacaq.

Oxşar vakansiya siyahısı:

400 — 600 ₼
Parfümeriya üzrə satış təmsilçisi

AzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

03.12.2025 - Bakı

Satış Meneceri

BMY Caspian MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

BMY Caspian MMC

03.12.2025 - Bakı