Tibbi nümayəndə
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

PMD Hospitality LLC Tibbi nümayəndə vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə: Tibbi nümayəndə
Şöbə: Satış və marketinq
Tabeçilik: Satış üzrə qrup meneceri
İşəgötürən: “PMD Hospitality” MMC
Ünvan: Neftçilər prospekti 153, PBT

Otel, sanatoriya, restoran və akvapark tipli müəssisələrin idarə etməsi ilə məşğul olan PMD Hospitality MMC, əməkdaşlar üçün geniş öyrənmə imkanları və digər imtiyazlar təklif etməklə ən yaxşı iş mühitini təklif edir.

Vəzifə öhdəlikləri:

  • PMD Hospitality klinikalarının və sanatoriyalarının xidmətləri barədə, Azərbaycan təbiətinin unikal istifadə olunan təbii müalicəvi elementlərini potensial pasient və tibbi müəssisələr arasında təbliğ etmək;
  • Təbliğat proqramları hazırlayıb gündəlik tibbi müəssisələri ziyarət etmək,
  • Yeni potensial pasientlərin tapılması və tərəfdaş şəbəkəsinə daxil edilməsi;
  • Potensial pasientlərin tələblərini nəzərə alaraq onlara köməklik göstərmək və onları maraqlandıran bütün suallar ətrafında geniş məlumat vermək;
  • Təşviqat aksiyaları və kampaniyalar haqqında mövcud və potensial pasientləri və tibbi müəssisələri məlumatlandırmaq;
  • Bazar araşdırması, sektorda baş verən dəyişikliklər, ölkə ərazisində sanatoriya və oxşar klinikaların fəaliyyətinin kommersiya təhlili, klinika və sanatoriyanın bazarda olan kommersiya mövqeyinin qorunması, yüksəldilməsi istiqamətində mütəmadi olaraq müvafiq işlərin aparmaq;
  • Gördüyü işlər barəsində gündəlik hesabat hazırlamaq və rəhbərinə təqdim etmək;
  • Rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə və vaxtında icra etmək;

Namizədə tələblər:

  • Ali təhsili olan (ali tibbi təhsili olanlara üstünlük verilir, Kardiologiya, Nevrologiya, Urologiya və Dermatologiya sahələri üzrə);
  • Tibbi preparatlar və ya xidmətlərin satışı sahəsində ən azı 2 il təcrübəsi olan;
  • Ünsiyyətcil, məsuliyyətli və komandada işləmək bacarığı olan;
  • Biznes etikası və biznes görünüşə sahib olan;
  • Müştərilərlə sıx və yüksək səviyyəli münasibət quran;
  • Fikrini dəqiq, konkret və əminliklə təqdim etmə bacarığı olan;
  • Ünsiyyət tərzi ilə müştəriləri cəlb etmə və inandırmaq bacarığı olan;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi olan;
  • Ölkə daxili ezamlara hazır olmaq;
  • Microsoft Office proqramlarını (MS Word, MS Excel, MS Powerpoint);
  • Dil bilikləri olan (Azərbaycan və Rus dili mütləqdir, İngilis dili arzu olunandır);

İşçinin təminatları:

  • Dünyanın məşhur otel brendlərində təcrübə qazanmış peşəkar kollektivdə iş imkanı;
  • PMD Hospitality MMC-nin tabeliyində olan çoxsaylı otellərdə və SPA mərkəzlərində maksimal endirim imkanı;
  • PMD Group MMC-nin tabeliyində olan müxtəlif sənaye müəssisələrində karyer davamı imkanı;
  • Təlim və inkişaf proqramlarında iştirak imkanları;
  • Tibbi sığorta;
  • Mobil telefon və korporativ nömrə;

İşə müraciət üçün elektron poçt ünvanımız: hr@pmdhospitality.az

CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. Sadəcə vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir.

Son müraciət tarixi: 22 may 2021-ci il

Oxşar vakansiya siyahısı:

700₼
Медсестра в косметологии

Asthetik Lab Vip Style Klinikası Kosmetologiyada tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir. ...

Asthetik Lab Vip Style Klinikası

24.04.2024 - Bakı

700₼
Медсестра в косметологии

Asthetik Lab Vip Style Klinikası Kosmetologiyada tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir. ...

Asthetik Lab Vip Style Klinikası

27.03.2024 - Bakı