Tibbi nümayəndə
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Grand Medical LLC şirkəti Tibbi nümayəndə vəzifəsi üzrə vakansiya elan edir.

20 ildən artıq fəaliyyət göstərən Grand Medical LLC şirkəti «Tibbi nümayəndə» vakansiyası üzrə Bakı şəhəri və Lənkəran, Astara, Gəncə, Şəmkir, Tovuz, Qazax, Balakən, Zaqatala, Qəbələ, İsmayıllı,regionlarında işçi qəbulunu elan edir.

Namizədə tələblər:

  • 21-45 yaş arası xanımlar və bəylər
  • Ali Təhsilli olması vacib deyil (üstünlükdür)
  • Azərbaycan dilini yüksək səviyyədə, Rus və ya İngilis Dili Bilikləri üstünlükdür
  • Kompüter və MS Office proqram bilikləri
  • Tibbi Nümayəndə vəzifəsi üzrə iş təcrübəsi mütləqdir
  • Səlis və aydın nitq, ünsiyyət qabliyyəti yüksək, sistemli təqdimat və inandırma qabiliyyətləri bacarığı
  • Komandada işləmək bacarığı
  • Dürüst, səbirli, məqsədyönlü və məsuliyyətli
  • Ünsiyyət yaratmağı bacaran

İş barədə məlumat:

  • Təyin olunmuş ərazi üzrə Həkimlərlə,Tibbi müəssisələrlə və Apteklərlə görüşlər keçirmək
  • Şirkətə məxsus olan məhsulların təqdimatını, tanıtımını və satışını həyata keçirmək
  • Satış nöqtələrini müvafiq ardıcıllığa uyğun olaraq mütəmadi ziyarət edərək nəzarətdə saxlamaq
  • Şirkətə yeni müştərilərin cəlb edilməsi istiqamətində işlər görmək
  • Təqdim edilən məhsullara olan tələbatın öyrənilməsi
  • Məhsul haqqında müştəriyə düzgün informasiyanı ötürmək
  • Bazar araşdırması etmək və satış kanallarını artırmaq
  • Görülmüş işlər haqqında gündəlik və aylıq hesabatlar hazırlamaq

İş günləri: I-VI gün

İş saatları: 09:00-18:00

Əmək haqqı: 450-1000 AZN fix (satışdan asılı olaraq) + bonuslar

Qeyd olunan tələblərə uyğun namizədlər CV-lərini elektron ünvanına işləmək istedikləri region və vakansiyanın adını qeyd etməklə göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

700₼
Медсестра в косметологии

Asthetik Lab Vip Style Klinikası Kosmetologiyada tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir. ...

Asthetik Lab Vip Style Klinikası

27.03.2024 - Bakı