Tibbi avadanlıqlar üzrə texniki servis meneceri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Clinic Medical MMC Tibbi avadanlıqlar üzrə texniki servis meneceri vəzifəsi üzrə vakansiya elan edir. Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmalıdır.

CLINIC MEDICAL MMC Tibbi avadanlıqlar üzrə texniki servis meneceri vakansiyası üçün namizəd axtarışındadır.

İş barədə məlumat:

  • Texniki servis işlərinin həyata keçirilməsinə, iş keyfiyyətinə nəzarət etmək, xidmət əməliyyatlarında zəruri prosesləri həyata keçirmək;
  • Tibbi cihazların quraşdırılması və istifadəsi ilə bağlı texniki xidmət və təmir prosesini təhlil etmək və yönləndirmək;
  • Texniki xidmət tədbirlərinin işlənib hazırlanmasına və təkmilləşdirilməsinə töhfə vermək, layihələrdə bütün texniki xidmət aspektlərini idarə etmək və onları həyata keçirmək;
  • Müştəri istəkləri əsasında servisin mənfəətinin artırılması məqsədilə müvafiq tədbirlər həyata keçirmək, müştəri şikayətlərini qəbul və tətqiq etmək;
  • Aşkar edilmiş nöqsanları aradan qaldırmaq üçün tədbirlər planı hazırlamaq və yönləndirmək;
  • Fəaliyyətin optimallaşdırıldığına, avadanlıqların etibarlılığının və icra göstəricilərinin təkmilləşdirildiyinə təminat vermək üçün texniki xidmət cədvəlinin düzgünlüyünü təmin etmək;
  • Podratçılar və təchizatçılar üçün texniki xidmət strategiyası planlarını nəzərdən keçirmək, texniki xidmət planlarını və qrafiklərini işləyib hazırlamaq və onların icrasına təminat vermək;
  • Tamamlanma və avadanlıqların qəza təmirindən əldə olunan təcrübəni texniki xidmət cədvəllərinə və lazım gəldikdə, plandankənar texniki xidmətə daxil etmək;
  • Texniki xidmət vasitələri, xüsusi alətlər və texniki xidmət üzrə sərfiyyat materiallarının saxlanılması və izlənilməsinə görə məsuliyyət daşımaq;
  • Servisin gəlirliliyini artırmaq üçün sistemli şəkildə fəaliyyət göstərmək;
  • Standart sevis məhsulları yaratmaq, qiymət siyasətini müəyyən etmək;
  • Layihələr üzrə servis maya dəyərinin hesablanması, yekun qiymətin qoyulması üçün rəhbərliyə təkliflərin verilməsi.

Namizədə olan tələblər:

  • Ali texniki təhsil;
  • Müvafiq sahədə ən azı 3 illik iş təcrübəsinə malik olmaq;
  • Kompüter bilikləri (Microsoft Office);
  • Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq;
  • Kollektivlə işləmə bacarığı;
  • Operativ, gördüyü işə cavabdehlik;
  • Yaş həddi: 25-38 arası;
  • İş qrafiki: həftədə 5 gün 09:30-18:00, şənbə günu 10:00-14:00
  • Nahar şirkət tərəfindən qarşılanır.

Qeyd: Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiya adı qeyd olunmaqla hr@clinicmedical.az elektron ünvanına göndərmələri xahiş olunur.

*Vakansiya adı qeyd olunmayan CV-lərə baxılmayacaq.

Oxşar vakansiya siyahısı:

Minaaxtaran

Qaya Safety Solutions Minaaxtaran vəzifəsi üzrə vakansiya elan edir. ...

Qaya Safety Solutions

18.04.2024 - Cəbrayıl