Tibb bacısı
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 500-600 AZN. Zəfəran şirkəti Tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir.

İş barədə məlumat:

  • Bütün tibbi prosedurların aparılması üçün həkiməqədər təcili tibbi yardım göstərmək
  • Tibbi alətlərin, sarğı materiallarının və xəstələrə qulluq predmetlərinin sterilizasiyasını həyata keçirmək
  • Ambulator və stasionar şəraitlərdə müalicə-diaqnostik manipulyasiyalar və kiçik əməliyyatlar aparılmasında həkimə assistentlik etmək
  • Pasiyentlərin müxtəlif növ tədqiqatlara, prosedurlara, əməliyyatlara və həkimin ambulator qəbuluna hazırlanmasını təmin etmək
  • Həkim təyinatının yerinə yetirilməsini təmin etmək
  • Pasiyentin və tibb heyətinin infeksiya təhlükəsizliyini təmin etmək, şöbədə olan bütün heyətin aseptika və antiseptika qaydalarına riayət etməsini təmin etmək
  • Tibbi sənədlərin müvafiq qeydiyyatının aparılması
  • İnyeksiyaların vurulması
  • Dərman və tibbi alətlərin saxlanılmasına nəzarət

İş şəraiti:

  • Əmək haqqı: 500-600 AZN
  • Ünvan: Nərimanov rayonu, Asif Məmmədov küçəsi 30

Namizədə tələblər:

  • Təhsil: Tibb bacısı işi üzrə orta ixtisas təhsili
  • Təcrübə: Reanimasiya şöbəsində minimum 3 il iş təcrübəsi mütləqdir
  • Səhiyyə Nazirliyinin sertifikasiyası mütləqdir
  • İşində məsuliyyətli olmalıdır

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Tibb Bacısı” qeyd etməklə cv@zeferan.az elektron ünvanına göndərmələri xahiş olunur.

Əlavə suallar üçün 055-455-58-71 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz

Oxşar vakansiya siyahısı:

700₼
Медсестра в косметологии

Asthetik Lab Vip Style Klinikası Kosmetologiyada tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir. ...

Asthetik Lab Vip Style Klinikası

27.03.2024 - Bakı