Texnoloq
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Veysəloğlu Şirkətlər Qrupu Texnoloq vəzifəsi üzrə vakansiya elan edir. Yüksək qavrama və öyrənmə qabiliyyəti olmalıdır.

Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir..

Vəzifə: Texnoloq

İş yeri: Bakı şəhəri, Ulduz Şokolad Fabriki
İş təcrübəsi: Minimum 3 il qida mühəndisliyi sahəsində iş təcrübəsi (Qənnadı məhsullarının istehsalı sahəsində)
Təhsil: Ali təhsil (Kimya və qida mühəndisliyi üzrə)
Yaş həddi: 22-40

İşin Təsviri: Məhsul resepturasına və keyfiyyət göstəricilərinə standartlarına uyğun olaraq qənnatı məhsullarının istehsalının həyata keçirilməsini təmin etmək.

Vəzifə öhdəlikləri:

  • Texnoloji avadanlığın istismar edilməsi şərtlərinə nəzarət etmək;
  • İstehsalatda hazırlanan məmulatların qida standartlarına və reseptlərə uyğun hazırlanmasına nəzarət etmək;
  • Gigiyena qaydalarına əməl etmək, qida analizlərinin mütəmadi aparılmasını təşkil etmək;
  • Yeni növ məhsulların yaradılmasında və istehsala tətbiqində iştirak etmək;
  • İstehsalata gələn xammaldan hazırlanmış məhsullardan nümunə götürərək analizlər aparmaq;
  • İstehsal zamanı ortaya çıxan problemləri həll etmək, fəaliyyətlərin fasiləsiz davam etməsini təmin etmək;
  • Qida məhsullarının saxlanıldığı anbarın və istehsalatın təşkil edildiyi xammalın təmiz saxlanılmasına nəzarət etmək;
  • Məhsul hazırlanmadan öncə və sonra keyfiyyət göstəricilərinin standartlara uyğunluğunu yoxlamaq;
  • Alınan nəticələri sənədləşdirib tərtib etmək;
  • Sahələr üzrə “Texnoloji prosesə nəzarət kartları”nın aparılmasını və məlumatların aidiyyatı struktur bölmələrinə çatdırılmasını təmin etmək;
  • İş prosesi zamanı yarana biləcək problemləri tez bir zamanda aradan qaldırmaq.

Tələblər:

  • Komandada işləmə bacarığı;
  • Microsoft Office (Word, Excel, Outlook) proqramlarında istifadə etmək bacarığı;
  • Laboratoriya cihazları ilə işləmə və onları tənzimləmə bacarığı;
  • Yüksək qavrama və öyrənmə qabiliyyəti;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Qida təhlükəsizliyi və keyfiyyət sistemlərindən (ISO 9001/22000) məlumatlı olmaq.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • Servis xidməti
  • Nahar ilə təmin edilmə

İş qrafiki: 6 günlük

Müraciət qaydaları: career@ulduz.com.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Texnoloq” yazmaqla CV göndərərək müraciət edilir.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan